Müdafiə naziri yeni istifadəyə verilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olub
Digər xəbərlər

Müdafiə naziri yeni istifadəyə verilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə inşa edilən növbəti hərbi obyekt istifadəyə verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, azad edilmiş ərazilərə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin digər rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissəyə baxış keçirib, burada yaradılan şəraitlə tanış olub.

Müdafiə nazirinə məruzə edilib ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, tibb məntəqəsi digər infrastruktur obyektləri tikilib, müasir avadanlıqlarla təchiz olunub.

Bildirilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya informasiya vasitələri ilə təchiz olunmuş rabitə qovşağı server otağı mövcuddur.

Yaradılan şəraitlə tanış olan müdafiə naziri qərargah zabitlərinin komandir heyətinin fərdi bacarıqlarının, eləcə bölmələri idarəetmə qabiliyyətinin daha da artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verib.