M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbulu elan edir
Reklam və elanlar

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbulu elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (bundan sonra - Filial) 2022/2023-cü tədris ili üçün aşağıdakı istiqamətlər üzrə tələbə qəbulu elan edir (bakalavr pilləsi, təhsil rus dilində, əyani şöbə):

Bundan əvvəl Azərbaycan Respublikası büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız dövlət sifarişi ilə ayrılmış yerlərə iddia edirlər və qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. Moskva Dövlət Universitetinin Bakı filialının bakalavr pilləsinə daxil olmaq istəyən şəxslər Filialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququ qazanmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanlarında birinci və ya ikinci cəhddən hər hansı bir ixtisas qrupu üzrə 150 və ya daha çox (400 mümkün baldan) bal toplamalıdırlar.

Bundan əvvəl Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, həmçinin vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər və Filialın təşkil etdiyi qəbul sınaqlarına DİM-in keçirdiyi test imtahanında iştirak etmədən buraxılırlar.     

Əvvəllər bakalavr pilləsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan vətəndaşları üçün illik təhsil haqqı 1750 manat, Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər bakalavr pilləsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış əcnəbilər üçün, həmçinin vətəndaşlığı olmayan və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olmayan əcnəbilər üçün isə illik təhsil haqqı 1100 ş.v. (şərti vahid) təşkil edir.

DİM tərəfindən keçirilən imtahanlarda toplanan ballar qəbul sınaqlarında toplanan ballara əlavə edilmir, onlar yalnız Filialın keçirdiyi qəbul sınaqlarında iştirak hüququ verir və yekun nəticəyə təsir göstərmir.     

Qəbulda iştirak edən bütün şəxslər qəbul sınaqlarında topladıqları ballar əsasında və qəbul planına uyğun olaraq ümumi müsabiqədə iştirak edirlər. 

Qəbulda iştirak edən bütün şəxslər Moskva Dövlət Universitetinin Bakı filialının bir fakültəsinə sənəd verə bilərlər. Fakültə seçimi DİM tərəfindən keçirilən imtahanlarda balların hansı  ixtisas qrupunda toplanmasından asılı deyil.

Filologiya və ya iqtisadiyyat fakültələrinin bakalavr pilləsinə daxil olmaq istəyən şəxs bir fakültə çərçivəsində iki təhsil proqramı və ya iki istiqamət üzrə müsabiqədə iştirak edə bilər.

Bir fakültə çərçivəsində iki təhsil proqramı və ya iki istiqamət üzrə müsabiqədə iştirak edən şəxs sənədlərini təqdim edərkən proqram və ya istiqamətlərin siyahısını prioritet qaydada göstərməlidir (əvvəl üstünlük verilən istiqamət göstərilməlidir), əks halda, sənədlər qəbul komissiyası tərəfindən qəbul edilməyəcək.

Proqram və ya istiqamətlərin ardıcıllığının prioritet qaydasını dəyişmək, həmçinin ərizəyə hər hansı bir dəyişiklik etmək birinci kursa sənəd qəbulunun axırıncı günündən gec olmayaraq mümkündür.

Daha çox üstünlük verdiyi təhsil proqramı və ya istiqamətində müsabiqədən keçmiş şəxs digər təhsil proqramlarının və ya istiqamətlərinin müsabiqəsindən kənarlaşdırılır. Daha çox üstünlük verdiyi təhsil proqramı və ya istiqamətində müsabiqədən keçmədiyi zaman prioritetə əsasən, digər təhsil proqramı və ya istiqaməti üzrə ümumi müsabiqədə iştirak edir.

Bakalavr pilləsinə ərizə qəbulu elektron qaydada 2022-ci il iyulun 1-dən avqustun 7-dək keçiriləcək. Ərizəni Filialın http://msu.az saytında və yaxud DİM-in http://dim.gov.az/saytında vermək olar.

Dövlət Miqrasiya Xidməti tərəfindən verilən daimi (seriya DYİ) və ya müvəqqəti yaşayış (seriya MYİ) haqqında sənədi olan xarici vətəndaşlar qeydiyyat zamanı bu sənədin seriya və nömrəsini göstərməlidirlər. Yuxarıda göstərilən sənədləri olmayan (FİN kodu olmayan) xarici vətəndaşlar elektron qeydiyyat sistemində xarici pasportun məlumatlarını göstərməli və Azərbaycan Respublikası vətəndaşlığı və Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin olmaması haqqında əl ilə yazılmış ərizəni yükləməlidirlər (msu.az saytında nümunə verilmişdir) və [email protected] ünvanına orta təhsil haqqında attestat və ya təhsili uğurla bitirmək haqqında məktəbdən arayış göndərməlidirlər (2022-ci ilin məzunlarının attestatı olmadıqda).

İmtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında keçiriləcək. İmtahana gələndə şəxsiyyəti təsdiq edən sənəd və elektron qeydiyyat sistemindən çap edilmiş, şəxsi imzası olan buraxılış vərəqəsi təqdim edilməlidir.

Qəbulla bağlı bütün məlumatlar, o cümlədən sənəd qəbulunun müddəti, qəbul sınaqlarının tarixləri, həmçinin siyahılar MDU-nun Bakı Filialının https://msu.az/ saytında və məlumat stendlərində yerləşdirilir.

İlkin plana uyğun olaraq, qəbul imtahanları avqustun 10-dan 16-dək aşağıdakı fənlər üzrə keçiriləcək:

Bakalavr pilləsinə qəbul olunmuş abituriyentlər Moskva Dövlət Universitetinin rektorunun adına yazılmış ərizə ilə yanaşı, aşağıdakı sənədləri Filiala təqdim etməlidirlər:

lŞəxsiyyət vəsiqəsinin surəti və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi;

lÜmumi orta təhsil, orta peşə təhsili və ya ali təhsil haqqında sənədin əsli və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi;

l3x4 ölçülü 4 ədəd fotoşəkil (6 aydan az müddət əvvəl çəkilmiş rəngli, başıaçıq, mat kağızda);

lSağlamlıq haqqında arayış (forma 086) ;

lHərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti  (hərbi mükəlləfiyyətli şəxslər üçün).

Aşağıdakı məlumata diqqət yetirilməsi xahiş olunur:

1. Filialın qəbul imtahanlarından keçə bilməyən abituriyentlər DİM tərəfindən digər  ali məktəblərə keçirilən müsabiqədə iştirak edə bilərlər;

2. Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır və sonradan Azərbaycan Respublikasının digər ali məktəblərinə daxil olmaq üçün müsabiqədə iştirak etmirlər;

3. Filialda təhsil prosesi M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir;

4. Dərslər, əsasən, M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır;

5. Filialın məzunlarına MDU-nun diplomu verilir.

E-mail: [email protected]

Əlaqə nömrəsi: +99412 409-33-71.

AZƏRTAC