Naxçıvanda iyul ayının pensiyaları ödənilib
Sosial həyat

Naxçıvanda iyul ayının pensiyaları ödənilib

Naxçıvan Muxtar Respublikasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının pensiya ödənişi başa çatdırılıb.

"Respublika" xəbər verir ki, təqaüdçülər pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd olunub ki, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün müvafiq işlər isə hazırda davam etdirilir və gün ərzində başa çatdırılması nəzərdə tutulur.