Nigeriyada 7 mindən çox insan evindən oldu
Digər xəbərlər

Nigeriyada 7 mindən çox insan evindən oldu

NEMA-nın Planlaşdırma, Tədqiqat və Proqnozlaşdırma Direktoru Fatima Kasim verdiyi açıqlamada, aprel ayından bəri 10 ştatda ümumilikdə 34 983 nəfərin daşqınlardan mənfi təsirləndiyini bildirib.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 7353 nəfərin məcburi köçkün olduğunu qeyd edən Kasim 1679 evin dağıldığını, 866 hektar ərazinin tamamilə zərər gördüyünü bildirib.

Sel nəticəsində 5 nəfər həyatını itirib, indiyədək isə 75 nəfər yaralanıb. Nigeriya hökuməti 2022-ci ildə güclü yağışların səbəb olduğu daşqınlarda 600-dən çox insanın öldüyünü açıqlayıb. Daşqınlar nəticəsində ölkə iqtisadiyyatı 7 milyard dollar zərər çəkib.

Röya RÜSTƏMLİ,

“Respublika”.