Novruz gəlişi ilə şəhərimizi çiçəkləndirir
Sosial həyat

Novruz gəlişi ilə şəhərimizi çiçəkləndirir

Novruz yurdumuza yazın gəlişini simvolizə edən, qədim zamanlardan ənənəyə çevrilən xalq bayramıdır. Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi "Beynəlxalq Novruz Günü" elan olunub.

Baharın müjdəçisi sayılan Novruz bayramına hazırlıqlar böyük coşqu ilə davam edir.

Bu il bayramı suverenliyimizin tam bərpa olunduğu bütöv Azərbaycanın bütün ərazilərində - Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Xocalıda qeyd edirik.

Novruz şənlikləri adətən Dənizkənarı Milli Park ərazisində hər il təntənəli şəkildə keçirilir. Novruz atributları ilə bəzədilən bulvar bura gələn şəhər sakinlərinə və qonaqlara bayram əhvali-ruhiyyəsi bəxş edir.