Ölkə ərazisinə narkotik vasitə gətirən narkokuryer saxlanılıb
Digər xəbərlər

Ölkə ərazisinə narkotik vasitə gətirən narkokuryer saxlanılıb

20 iyun NMBİ-nin məlumatında bildirilir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Xəyyam Qasımov sosisal şəbəkələr üzərindən İran vətəndaşından  Gəncə şəhəri ərazisində gizlədilən narkotik vasitəni pul qarşılığında Qazax rayonuna aparmağa razılaşıb. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 15 kq 530 qram narkotik maddə olan “heroin” və aşkarlanarq götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, fakla bağlı araşdırmalar davam etdirilir.

“Respublika”.