Ölkəmiz dünyanın ən nüfuzlu idman yarışına evsahibliyi edir
İdman

Ölkəmiz dünyanın ən nüfuzlu idman yarışına evsahibliyi edir

Bu il dünya əhəmiyyətli mötəbər idman yarışı Formula 1-in nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyünür.

Tarixə qısaca nəzər salsaq görərik ki, bu yarışın yaşı 1 əsrə yaxındır. 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilən Formula 1 birnəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Yarışlarda sürücülər pilot, avtomobillər isə bolid adlandırılır. Həmçinin yarışlar Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il boyunca müxtəlif şəhərlərdə keçirilir, bununla yanaşı, hər mərhələ Qran-pri adlanır. İlin sonunda bütün Qran-prilərdə qazanılan xallar toplanır nəticədə qalib müəyyən edilir. Ölkəmizdə isə yarış ilk dəfə 2016- ildə keçirilib. İyunun 19-da baş tutan yarışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva ailə üzvləri açılış mərasiminə final yarışına baxıblar. Açılış mərasimi başa çatdıqdan sonra ölkə başçısı Birinci vitse-prezident Mehriban Əliyeva yarışın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar.

Yarışın paytaxt Bakıda keçirilməsinin öz önəmi var. Belə ki, avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirlər. Dünyada ən çox pərəstişkara sahib olan bu yarışın Bakı görüntüləri ilə ahəng təşkil etməsi ölkəmizin iqtisadi turizm sahəsində inkişafına böyük töhfələr verir. Birinci Avropa Oyunlarından sonra Formula 1 kimi böyük kütləyə, izləyiciyə sahib olan yarışın paytaxtda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Karnaval üslubunda keçirilən yarışlarda milli rəqslərimiz ən əsası da xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı formada təqdim edilir. Milli mədəniyyətimizi Formula 1 dəyərləri ilə birləşdirən açılış mərasimində könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar beynəlxalq ifaçılardan ibarət yüzlərlə heyət iştirak edir. Ölkəmizin beynəlxalq arenada idman sahəsində öz adını qızıl hərflərlə yazdırması, paytaxtın ən gözəl guşələrində yarışların təşkil olması əlbəttə ki, mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, hər il bu yarışı izləmək üçün minlərlə turist, dünyaca tanınmış məşhurlar Bakıya gəlir. Bu da həm iqtisadi, həm turizm cəhətdən inkişafda bir növ körpü rolunu oynayır.

Formula 1 yarışları, həmçinin dünyanın ən sürətli bir o qədər təhlükəli yarışlarından biridir. Yarışlar çətin dolambac yollardan, treklərdən ibarətdir. Bakı Qran-prisində trekin uzunluğu 6 kilometr olduğu üçün pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurur. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilib. Bu zaman orta sürət saatda 210, maksimum sürət isə 340 kilometr təşkil edir. Yarışlarda ümumi xal qazanılır sonda toplanaraq hesablanır.

Hər yarışın qalibi 25, lakin 10-cu yeri alan isə 1 xal qazanır.

Yarışlar həftəsonu keçirilməklə 3 məşq, kvalifikasiya yarışın özündən ibarətdir. İlk keçirilən yarış cümə günü baş tutur iki 90 dəqiqəlik məşq yarışından ibarət olur. Növbəti gün isə bir 60 dəqiqəlik məşq yarışı; bir 60 dəqiqəlik kvalifikasiya yarışı nəhayət, sonuncu gün isə bir final yarışı baş tutur.

Kvalifikasiya da öz növbəsində 3 mərhələyə bölünür. İlk olaraq Q1 - sürücülərə bir dövrəni etmək üçün 18 dəqiqə vaxt verilir. Raundun sonunda ən sürətsiz 6 maşın yarışdan çıxarılır yarışı axırıncı 6 yerdə davam etdirir. İkinci növbədə Q2 - qalan sürücülərə 15 dəqiqə vaxt verilir, onlardan sonuncu 6 maşın yarışdan çıxarılır onlar yarışa 11-16- yerlərdə başlayır. Sonuncu olaraq isə 3- mərhələdə Q3 - kvalifikasiya raundunun son mərhələsində maşınlar 12 dəqiqə ərzində halqanı dövr edir qalan start yerləri müəyyən olunur. Yarış təqribən 2 saata yaxın bir müddətdə davam edir. Yarış müddətində sürücülərə mühüm mesajları çatdırmaq üçün bayraqlardan istifadə olunur.

Yarışın simvolu olan loqosu da xüsusi mənaya malikdir. 2018-ci ildə yenilənən loqonun mənası finiş xəttini keçmək üçün yarışan iki avtomobil kimi təsvir edilib.

Qeyd edək ki, bu il keçirilən Formula 1 yarışlarına  aprelin 28- start verilib. Biletlərin ön satışına ötən il 15 dekabr tarixindən başlanılıb. Həmçinin bildirək ki, satışlar son 6 mövsümün rekord həddinə yüksələrək ötən illə müqayisədə iki dəfə yüksək nəticə göstərib. 30-dan çox fərqli ölkələrdən biletlərin alışı baş tutub. Bilet əldə edənlər siyahısında ilk yerdə britaniyalı, sonra Azərbaycan Türkiyə vətəndaşları yer alır. Satışın ilk günlərində 20 faizlik erkən endirimlə satılan biletlər növbəti günlərdə böyüklər üçün ayaqüstü 40-120, tribunada 160-690, uşaqlar üçün isə 110-480 manatadək dəyişir. Bildirək ki, bu il ilk dəfə Formula 1 çərçivəsində sprint yarışı da baş tutacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".