Onlayn tədbir
Digər xəbərlər

Onlayn tədbir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Fizika-Riya­ziy­yat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) ümumi onlayn iclasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun “Şa­maxı Astrofizika Rəsədxanasında astronomik müşahidələr: imkanlar, beynəlxalq əməkdaşlıq və perspektivlər” haqqında elmi məruzəsi dinlənilib.

Baş direktor ya­xın gələcəkdə  kosmik peyklərdə, pilotsuz uçuş aparatlarında və yer­­üstü poliqonlarda apa­rılan spektrofotometrik ölçmələr vasitəsilə alınmış təsvirlər əsasında at­mos­­fe­rin kim­yəvi aerozol çirklənməsinin, transsərhəd hava axınlarının məsafədən moni­to­rin­qi­nin keçi­ril­­mə­si, proqnozunun verilməsi və digər prioritet istiqamətlər üzrə həyata keçiriləcək elmi-tədqiqat planlarına diqqət çəkib.  

Namiq Cəlilov Azərbaycan ərazisində müvafiq astroiqlimə malik yeni astronomik stansi­ya­nın yaradılması, stansiyada müasir tipli, diametri ən azı 1 m olan robot teleskopun quraşdı­rıl­ma­sı­nın  zəruri olduğunu vurğulayıb.

Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov  ŞAR-ın 2021-2025-ci illər üçün qəbul olunmuş beşillik tədqiqat pla­nın­dan da söz açıb,  o cümlədən, Günəş və günəş sistemi cisimləri, günəş fəal­lı­ğının fizikası, Günəş-Yer əlaqələri, planetlərarası mühitin fizikası, Yerin asteroid təhlü­kə­siz­li­yi, orbitdə olan aktiv süni peyklərin hərəkətinin təhlükəsizliyi və kosmik tullantılar prob­le­min­dən da­nışıb.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, aka­de­mik Adil Qəribov, akademik Ənvər Nəhmətov, AMEA-nın müxbir üzvləri – Əminağa Sadıqov, Bilal Bilalov, Vəli Hüseynov və İsmayıl İsmayılov çıxış edərək rəy və təkliflərini bildiriblər.

                                   Kamil İSMAYIL,

                                        “Respublika”.