Özünüməşğulluq proqramı çərçivəsində şəhid və qazi ailələrinə diqqət
Sosial həyat

Özünüməşğulluq proqramı çərçivəsində şəhid və qazi ailələrinə diqqət

İl ərzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq Mərkəzi filialı tərəfindən 7 şəhid ailəsi, 54 müharibə iştirakçısı, 13 müharibə əlilliyi təyin edilmiş şəxs özünüməşğulluq proqramı çərçivəsində “Maldarlıq təsərrüfatı” biznes ideyası (zərfi) üzrə aktivlə, 4 şəhid ailəsi, 2 müharibə iştirakçısı, 1 müharibə əlilliyi təyin edilmiş şəxs “DOST iş Mərkəzi” MMC-də işlə təmin edilmişdir. Bu istiqamətdə görülən işlər rayonda mütəmadi olaraq davam etdirilir. Çünki hər bir rayon sakini şəhid ailəsinə və qazilərə göstərilən diqqəti mənəvi borcu hesab edir.

M.NƏRİMANOĞLU,

“Respublika”.