Parlamentdə Ulu Öndərin 100 illik yubileyi ilə bağlı kitabın və sənədli filmin təqdimatı olub
Digər xəbərlər

Parlamentdə Ulu Öndərin 100 illik yubileyi ilə bağlı kitabın və sənədli filmin təqdimatı olub

İyunun 14- Azərbaycan xalqının Milli Qurtuluşunun 30 illiyi ərəfəsində Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar nəşr olunmuş kitabın sənədli filmin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, "Heydər Əliyev Azərbaycan parlamenti" adlı 3 cilddən ibarət kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarova, tərtibçi redaktoru parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibovdur.

Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları nəşr olunub. Bu stenoqramlar 30 ildə ilk dəfə geniş ictimaiyyətə təqdim olunur. Kitabda Ulu Öndərin müstəqilliyimiz, demokratiya, parlament mədəniyyəti parlament diplomatiyası, ordu quruculuğu, neft strategiyası ilə bağlı çox dəyərli fikirləri separatizmə qarşı mübarizəsi öz əksini tapıb. Stenoqramlarda Ümummilli Liderin Azərbaycanın gələcəyi ilə bağlı parlament tribunasından səsləndirdiyi konseptual xarakterli fikirlər yer alıb.

Parlamentdə həmin gün təqdimatı keçirilən, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən "Heydər Əliyev - zamanın fövqündə" filminin ideya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova, ssenari müəllifi Mehman Qaibovdur. Film Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb.

Filmin əsas leytmotivi Heydər Əliyev Azərbaycan parlamentidir. Filmdə Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə Ali Sovetin deputatı SSRİ Ali Sovetinin deputatı kimi fəaliyyəti, o dövrdə onun təşəbbüsü ilə Azərbaycanın gələcəyi ilə bağlı parlamentdə görülmüş işlərdən, o cümlədən yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 3 ay 18 gün ərzində Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdən bəhs edilir. Bu sənədli filmdə Ulu Öndərin Ali Sovetin tribunasından səsləndirdiyi bir sıra fikirlər ilk dəfə nümayiş olunur. Onun parlamentə sədrlik etdiyi dövrdə müstəqilliyimizin gücləndirilməsi, demokratiyanın inkişafı, ordu quruculuğu, neft strategiyası sahələrində atdığı addımlar geniş əks olunub. Filmdə, həmçinin yüksək səviyyəli Prezident-Parlament münasibətlərindən, Heydər Əliyev siyasətinin təntənəsindən, bugünkü Azərbaycanın uğurlarından bəhs olunur.