Prezidentin köməkçisi Hikmət Hacıyev ikinci
Siyasət

Prezidentin köməkçisi Hikmət Hacıyev ikinci "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ikinci "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Prezidentin köməkçisi Hikmət Hacıyev ikinci "Yüksəliş" müsabiqəsinin qaliblərini müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Hikmət Hacıyev hazırda müxtəlif sahələrdə mövcud olan məsələlərin araşdırılmasında onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakının əhəmiyyətindən söz açıb, bu istiqamətdə qaliblərin suallarını cavablandırıb. Bundan əlavə, düzgün kommunikasiyanın qurulması kommunikasiyanın idarəetmədəki mühüm rolu barədə fikir mübadiləsi aparılıb.

"Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev Hikmət Hacıyevə iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini deyib.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə 20 min manat dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20- üçüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.