Sümüklərin fəryadı
Siyasət

Sümüklərin fəryadı

İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan üzərində qazanılan tarixi qələbədən sonra hayların 30 il ərzində əsarətdə saxladıqları ərazilərdə kütləvi məzarlıqlar aşkar edilir. Dinc insanlara qarşı erməni vəhşiliyinin mənzərəsi çox sarsıdıcıdır, azərbaycanlılara, o cümlədən qadınlara, uşaqlara, qocalara qarşı törədilən qəddarlığın və nifrətin həddi erməni faşizminin nə qədər qorxunc olduğundan xəbər verir.

44 gün davam edən Vətən müharibəsində Qarabağda yaşayan ermənilərdən tək bircə uşağın da burnu qanamadı, dinc haylar müharibə gedən bölgədə çox təhlükəsiz yaşadılar. Həmin vaxt əgər ermənilərdən ziyan çəkən olsaydı dərhal həmin faktı əllərində bayraq edərək bütün dünyaya yayardılar, vay-şivən qoparardılar. Necə ki, indi olmayan və baş verməyən "etnik" təmizləmədən danışırlar. Vaxtilə erməni cəlladı, əlləri azərbaycanlıların qanına bulaşmış R.Köçəryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist "genetik uyğunsuzluq" bəyanatı köçəri və qaraçı erməni toplumunun həyasız simasını əks etdirir. Ermənilərin Birinci Qarabağ müharibəsində dinc azərbaycanlılara qarşı törətdikləri vəhşilik, uşaqlara və qadınlara qarşı edilən işgəncələr, onların əl və ayaqlarının məftillə, kəndirlə bağlanaraq diri-diri basdırılması, aşkarlanan kütləvi məzarlıqlardan tapılan sümüklərin fəryadı, ruhların sızıltısı insanlığı bic, sərsəm, faşist haylara qarşı ayıq olmağa səsləyir. Çünki dünyanın bətninə xərçəng kimi sarılmış erməni diasporası, onların pulu ilə Azərbaycan əleyhinə yalan, böhtan yazan təbliğat ruporları, şovinist hay ünsürləri, daşnaklar günəşin üzərinə kölgə salmağa adət ediblər, onların mayası düşmənçiliklə, qəddarlıqla, etnik nifrətlə, hiylə ilə yoğrulub.

Şuşa həbsxanasının ərazisindəki çirkab su quyusundan, Daşaltı, Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Edilli, Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli və Kəlbəcər rayonunun Başlıbel kəndləri, Əsgəran qalası yaxınlığında aşkar edilən kütləvi məzarlıqlar ermənilərin insanlıq üçün nə qədər təhlükəli olduğunu göstərir. Bu məzarlıqlardan indiyədək 400-ə yaxın insan qalıqları tapılıb. Kütləvi məzarlıqlarda azərbaycanlı qadınların, uşaqların, qocaların qalıqlarının hamısında işgəncə əlamətləri var. Şuşa həbsxanası ərazisində aşkarlanan 17 qurbanın 6-nın qalıqlarında mismarlar tapılıb ki, bu da həmin çarəsiz insanların mismar udmağa məcbur edildiyini göstərir. Ermənilər eyni dəhşətli üsullarla zəifləmiş qurbanları diri-diri donuzlara yem ediblər. Sözügedən kütləvi məzarlıqlar ermənilərin işgəncə düşərgələrinin ərazilərində tapılır. Əsgəran qalası yaxınlığında tapılan insan qalıqları bundan əvvəl aşkarlanan kütləvi məzarlıqlardan tapılan 480 nəfər azərbaycanlı qurbanın skletlərinin yanına əlavə olundu.

Füzuli rayonu Aşağı Seyidəhmədli kəndində Birinci Qarabağ müharibəsi zamanı erməni quldurlarının azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdığı ərazilərdə minatəmizləmə prosesində iştirak edən ANAMA-nın əməkdaşlarından biri Bəhruz Mahmudovun atası da həmin vaxt itkin düşüb və bu günədək ondan xəbər yoxdur. Onun dediyinə görə, ermənilər kütləvi məzarlıqların ətrafına saysız-hesabsız mina basdırıblar. Haylar bilirdilər ki, işğaldan sonra insanlar öz yaxınlarının məzarlıqlarını axtaracaqlar. Hətta çoxlu sayda minalar gözlə görünür. Bəhruz Mahmudov bildirib ki, hər minalı əraziyə daxil olanda atasından bir nişanə tapmaq ümidi ilə axtarışa başlayır. 30 ildən sonra övlad itkin düşən atasından bir nişanə axtarır, Bəhruza və onun kimi yüzlərlə gəncə bu faciəni ermənilər yaşadıblar. İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktı bir daha təsdiq edir ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulmuş və insanlıq əleyhinə törədilmiş bu cinayət əməlləri ermənilərə məxsus qaydada "məharətlə" gizlədilmişdir. Əsgəran qəsəbəsi ərazisində Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilən növbəti kütləvi məzarlığın aşkar edilməsi faktı Ermənistanın Azərbaycana qarşı insanlıq əleyhinə ən ağır cinayət olan soyqırımı törətdiyini bir daha təsdiq edir. Qeyd edək ki, Azərbaycanda Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin ümumi sayı 3890 nəfərdir ki, bunlardan 3171 nəfəri hərbçi, 719 nəfər isə mülkü şəxslərdir. İtkin düşənlərin 71-i uşaq, 267-si qadın, 326 nəfəri isə qoca olub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, yüksək sərkərdəlik məharəti, silahlı qüvvələrimizin peşəkarlığı, xalqımızın dəyanəti, əzmkarlığı, oğullarımızın şücaəti və qəhrəmanlığı sayəsində 30 ilə yaxın müddətdə işğal altında qalan tarixi torpaqlarımız hərbi və siyasi-diplomatik yolla azad olunub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Şəhidlərimizin və soyqırımı qurbanlarının qisası düşməndən döyüş meydanında alınıb, Ermənistan diz çökdürülüb, təslim olub, ağ bayraq qaldırıb. Düşmənin torpaqlarımızda törətdiyi dəhşətlər, əsir və girovlara verdiyi işgəncələr aşkar edilən kütləvi məzarlıqlarda tapılan sümüklərin fəryadı qaysaq tutan yaraları yenidən qanadır. Bu insanlıq dramına biganə qalan dünyaya demokratiya "dərsi" keçən bəzi Avropa dövlətləri, AŞPA və digər təsisatlar Azərbaycana qarşı bu banal soyqırım istilasının reallıqlarını görmək istəmirlər. Haqlı sual yaranır, biz hansı dünyada yaşayırıq? Günahsız insanların kütləvi məzarlıqlarının tapıldığı, çoxmədəniyyətli və çoxkonfessiyalı harmoniyanı müdafiə edən azərbaycanlı əksəriyyətin yaşadığı bir ölkənin bu qədər şokedici faktlardan sonra diqqətdən kənarda qalması necə başa düşülə bilər?

Fransa və bəzi ölkələr Ermənistanı silahlandırır, hayları revanşizmə təhrik edirlər. Ermənilər isə həmişə təxribata və küyə gedən olublar. Sonda isə başları əzilir. Fevralın 26-da Xocalıda yerli sakinlərlə görüşən dövlətimizin başçısı İlham Əliyev Xocalı faciəsi haqqında danışarkən bildirib ki, hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda biz böyük xalqın nümayəndələriyik. O xalq ki, öz gücü ilə əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?

Bəzi ermənipərəst Qərb dövlətlərinə deyirik, baxın, yaxşı baxın, diqqətlə baxın, otuz iki ildən sonra torpaq altından çıxarılan bu sümüklər Xocalı sakinlərinə, itkinlərə, erməni əsirliyində işgəncələrə məruz qalan əsir və girovlara aiddir, köməksiz qadınların, uşaqların sümükləridir. Bu sümüklərin fəryadını eşitmək istəməyən ABŞ-ın, Avropanın, beynəlxalq təşkilatların axı nəyindən küsək. Onsuz da bilirik ki, onlar 30 il ərzində kar və kor oldular, erməni işğalını dondurmağa çalışdılar. Niyə gizlədirsiniz, niyə utanırsınız, daha açıq deyin ki, xristian təəssübkeşliyi edirsiniz. Artıq bunu Azərbaycanda körpə uşaqlar da yaxşı başa düşür. Xristian qardaşlarınızın gizlətdikləri məzarlıqlar ədalətdən danışan dilinizin üstündə yaraya çevriləcək, nə vaxtsa sizi incidəcək...

Salman ALIOĞLU,

"Respublika".