PSJ Mbappenin yerini doldurmaq niyyətindədir
İdman

PSJ Mbappenin yerini doldurmaq niyyətindədir

İtaliyanın “İnter” futbol klubunun hücumçusu Markus Tyuram PSJ-nin yay transfer pəncərəsi üçün hədəfləri arasındadır.

"Respublika" “Football Italia” nəşrinə istinadən xəbər verir ki, parislilər Kilian Mbappeni əvəz edəcək oyunçu axtarırlar, ona görə də Tyuramın hücumun mərkəzində və cinahlarda oynamaq bacarığını yüksək qiymətləndirirlər. “İnter” transferlərdən pul qazanmaq üçün futbolçunu yayda buraxmağa qarşı deyil. O, minimum 80 milyon avro istəyir.