Putindən Afrikaya taxıl vədi
Dünya xəbərləri

Putindən Afrikaya taxıl vədi

Putin Cənubi Afrikada keçiriləcək Briks sammitinə qatılmamağa qərar verib.

"Respublika" xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Bildirilib ki, Rusiya lideri Afrika ölkələrinin nümayəndələrini Sankt-Peterburqa toplayıb.

Ölkə başçısı iyulun 27-də Sankt-Peterburqda başlayan Rusiya-Afrika forumunda Afrika qitəsi üçün Misir əsaslı taxıl proqramını həyata keçirəcəyini açıqlayıb. Putin, həmçinin  3-4 ay ərzində aclıqdan əziyyət çəkən ən azı dörd Afrika ölkəsinə taxıl qrantlarının göndərəcəyini də vəd edib.

Nəzrin ELDARQIZI,

"Respublika".