“Qarabağ”ın əcnəbi futbolçuları milli komandalara dəvət alıblar
İdman

“Qarabağ”ın əcnəbi futbolçuları milli komandalara dəvət alıblar

“Qarabağ”ın üç əcnəbi futbolçusu öz ölkələrinin yığmasına dəvət alıb. 

"Respublika" xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, Marko Yankoviç sentyabrın 7-də Litva, 10-da isə Bolqarıstanla qarşılaşacaq Monteneqro millisinə çağırılıb. 

Kabo-verdeli hücumameyilli yarımmüdafiəçi Leandro Andrade Afrika Millətlər Kubokunun seçmə mərhələsində sentyabrın 10-da Toqo millisi ilə matç üçün yığmaya dəvət olunub. 

Qapıçı Luka Quqeşaşvili isə Gürcüstan millisinə çağırılıb. Onun komandası AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 8-də İspaniya, 12-də isə Norveçlə qarşılaşacaq.