Qardaş ölkələrin birgə layihəsi
Siyasət

Qardaş ölkələrin birgə layihəsi

12 iyun 2018-ci ildə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib

"…Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur…". Bu sözləri 2018-ci il iyunun 12- Türkiyənin Əskişəhər şəhərində TANAP (Trans-Anadolu) qaz kəmərinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Cənub Qaz Dəhlizinin dörd böyük hissəsindən biri olan TANAP qaz kəməri layihəsinin uğurla başa çatdırılıb istifadəyə verilməsi müstəqillik tariximizin daha bir təntənəli hadisəsi kimi tarixə düşüb. Azərbaycan-Türkiyə dostluğunun qardaşlığının təzahürü olan bu möhtəşəm layihə hər iki ölkə onun xalqlarının bir-birilərinə olan inamının, etibarının göstəricisidir. Qardaş ölkə ilə bir çox layihələrə imza atan Azərbaycan enerji sahəsindəki zəngin təcrübəsi ilə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Hadisələri öncədən görüb, onu düzgün qiymətləndirmək bacarığına malik olan dövlət başçımız Cənub Qaz Dəhlizinin təşəbbüskarı kimi Azərbaycanı dünya arenasında enerji təhlükəsizliyinin mənbəyi kimi önəmli ölkəyə çevirmişdir. Son illər dünyada baş verən hadisələr onu göstərdi ki, bir zamanlar o qədər əhəmiyyət verilməyən, çəkilişinə maneçilik yaradılan Cənub Qaz Dəhlizi planetimiz üçün qədər önəmli bir layihədir. Sevindirici haldır ki, bu gün Vətənimiz olan Azərbaycan hər ölkə üçün milli təhlükəsizlik hesab edilən, enerji təhlükəsizliyinin episentrinə çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycan əldə etdiyi uğurlar sayəsində Avropa İttifaqı üçün etibarlı tərəfdaş, strateji müttəfiqdir.

Əvvəlki illərə nəzər saldıqda deyə bilərik ki, Azərbaycan təbii qazının Avropa bazarlarına ötürülməsində bir çox təşəbbüslər irəli sürülsə layihələr təklif edilsə sonda bunların heç biri icra olunmamışdı. Yalnız Azərbaycan Türkiyə ölkəmizin zəngin qaz ehtiyatlarının qısa təhlükəsiz şəkildə, şaxələndirilmiş formada qərb bazarlarına çatdırılması üçün TANAP layihəsinin icrasına başladı.

Azərbaycan Türkiyə respublikaları arasında TANAP-la bağlı 24 dekabr 2011-ci il Anlaşma Memorandumu imzalanmışdır. TANAP layihəsi üzrə Türkiyə Respublikası TANAP şirkəti arasında "Tranzit Ərazisinə Malik Ölkənin Hökuməti ilə saziş" Azərbaycan ilə Türkiyə respublikaları arasında "Hökumətlərarası saziş" 26 iyun 2012-ci il tarixində imzalanmış hər iki dövlətin müvafiq hüquqi instansiyaları tərəfindən ratifikasiya olunmuşdur. TANAP layihəsi "Şahdəniz" yatağı ilə yanaşı, ölkəmizdəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli iqtisadi dəyərə malikdir. TANAP-ın təməlqoyma mərasimi 17 mart 2015-ci il tarixində keçirilmişdir. Boru kəmərinin uzunluğu 1,793 km ( əlavə 2 ədəd 18.785 kilometrlik Çanaqqala Boğazından keçən sualtı kəmər) təşkil edir 30 iyun 2018-ci il tarixində fəaliyyətə başlamışdır. TANAP-ın icrasında SOCAR, BOTAŞ BP şirkətləri iştirak ediblər onlar bu layihənin səhmdarlarıdır. İllik ötürmə gücü 16,2 milyard kubmetr nəzərdə tutulsa da, 2022-ci il iyulun 18- Bakıda Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən imzalanan Anlaşma Memorandumuna əsasən təbii qazın həcminin 30 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdə tutulub. Avropa İttifaqına təbii qazın həcminin artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycan bu istiqamətdə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başlayıb. Hazırda yeni yataqlardan "Şahdəniz" yatağından hasil olunacaq qazın həcmi artırılmaqla yanaşı, ölkə daxilində enerji səmərəliliyi üzərində işlər davam etdirilir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixracını 2021-ci ildə təxminən 19 milyard kubmetrə, 2022-ci ildə isə 22,6 milyard kubmetrə qədər artırmışdır. 2023- ildə bu rəqəmin 24,5 milyarda çatacağı gözlənilir.

Beləliklə, 12 iyun 2018-ci ildə Azərbaycan Türkiyənin iştirakı ilə daha bir layihənin icrası uğurla başa çatmışdır. Bundan öncə düşünülmüş siyasət güclü iradə sayəsində hər iki qardaş ölkə rəhbərlərinin iştirakı ilə 2006- ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur.

Avropanın enerji təhlükəsizliyinin təminatçısının bir hissəsi olan TANAP Azərbaycanın dünyanın siyasi iqtisadi həyatındakı vacib rolunu, həmçinin həyata keçirilən birgə layihələrin etibarlı iştirakçısı olduğunu bir daha göstərmiş oldu.

Musa BAĞIRLI,

"Respublika".