İtaliya xarici işlər nazirinin müavini: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var
Siyasət

İtaliya xarici işlər nazirinin müavini: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Nazir müavini Prezident İlham Əliyevin çox praqmatik lider olmasını vurğulayıb: “Və Azərbaycan beynəlxalq hüquqa zidd olan hər hansı bir addımı qəti şəkildə istisna edir. Hər şeydən öncə bu, Ermənistanın təkcə Qarabağı deyil, eləcə də əvvəllər azərbaycanlıların məskunlaşdığı, sonra isə həmin torpaqlardan çıxarıldığı Qarabağdan da böyük olan ətraf zonaları işğal etməsi ilə əlaqədar Azərbaycanın otuz ildə tutduğu davamlı mövqeyinə ziddir. Bu işğalla bağlı Azərbaycan həmişə çoxtərəfli forumlarda, beynəlxalq məhkəmələr qarşısında bütün mövqelərini ortaya qoymağa çalışıb. Bu işğal Qızıl Ordunun himayəsi altında Ermənistan tərəfindən həyata keçirilib”.