Qarşılıqlı etimada əsaslanan Azərbaycan-Çin münasibətləri
Siyasət

Qarşılıqlı etimada əsaslanan Azərbaycan-Çin münasibətləri

Azərbaycan-Çin münasibətlərinin başlanğıc mərhələsi 1991-ci il dekabrın 27- Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması 1992-ci il aprelin 2- iki ölkə arasında diplomatik münasibətlərin qurulması ilə xarakterizə edilir. Bununla yanaşı, ikili əlaqələrin inkişafı nəticəsində 1992-ci ilin avqustunda ÇXR-in Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. Daha sonra Milli Məclisin qərarı ilə 1993- il 3 sentyabr tarixində Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyi fəaliyyətə başlamışdır.

Azərbaycan dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq prinsiplərini prioritet hesab edən dövlət kimi Çinlə bütün istiqamətlərdə sıx əlaqələr qurmağa böyük önəm verir. Diplomatik əlaqələrin daha da möhkəmləndirilməsində rəsmi səfərlərin böyük önəmi var. Bunun ilki olaraq 1994- il 7-10 mart tarixlərində ulu öndər Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərini qeyd etmək olar. Səfər çərçivəsində dövlətlər arasında 8 müqavilə imzalanmışdır.

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti ölkənin regionda baş verən siyasi iqtisadi proseslərdə fəal iştirakını təmin edir öz məqsədlərini maksimum səviyyədə reallaşdırmağa imkan verir. Belə ki, Azərbaycan yeni mübarizələrin getdiyi ya maraqların toqquşduğu çox çətin regionda yerləşməsinə baxmayaraq, bütün tərəflərlə qarşılıqlı maraqlar əsasında ikitərəfli çoxtərəfli əlaqələr qurmağı bacarır. Prezident İlham Əliyevin 24 aprel 2019-cu ildə Pekində keçirilən görüş zamanı Si Cinpinə müraciət edərək bildirdiyi "Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik" fikirlər Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çin Xalq Respublikası ilə ikitərəfli siyasi əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyinin əyani göstəricisidir.

Azərbaycan Çin ənənəvi dostluq münasibətlərini möhkəmləndirməyə, bütün sahələrdə əlaqələri genişləndirməyə, beynəlxalq məsələlər üzrə əməkdaşlığı fəallaşdırmağa dünyada sülh sabitliyin təmin olunmasına töhfə verməyə hazır olduqlarını bildirirlər. Tərəflər iki ölkənin hərtərəfli əməkdaşlığı üçün yeni imkanların yaranması baxımından İpək Yolu İqtisadi Kəmərinə dair Çinin təşəbbüsünü dəstəkləyir bu təşəbbüsün həyata keçirilməsi üçün birgə səylər göstərmək niyyətlərini bəyan edirlər. "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu"nun imzalanması yaranmış imkanlardan istifadə etməyə, istehsalat sahəsində, infrastruktur tikintisi, energetika, kimya yüngül sənaye, maşınqayırma, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya digər sahələrdə əməkdaşlığı möhkəmləndirməyə imkan verir.

Bunun nəticəsidir ki, Azərbaycanla Çin arasında münasibətlər diplomatik, iqtisadi sosial əlaqələri getdikcə daha da möhkəmləndirilir. Böyük İpək Yolunun dirçəldilməsi, Azərbaycanın strateji mövqedə yerləşməsi mövcud iqtisadi əlaqələr Azərbaycan-Çin münasibətlərinin irəliləməsinə öz töhfəsini verir. İpək Yolunun tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan digər ölkələrdən keçmişdir. Bu səbəbdən, Çin Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Münasibətlərin dərinləşməsi maliyyə sahəsində əməkdaşlığın davam etdirilməsini, ticarət sərmayələr üçün əlverişli şəraitin yaradılmasını, banklar arasında əməkdaşlığın genişləndirilməsini zərurətə çevirmişdir.

2018-ci ildə SOCAR-la Çin Milli Neft Şirkətinin (CNPC) törəməsi olan "BGP Inc." şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsinin imzalanması öz növbəsində neft sektorunda da Azərbaycan-Çin əlaqələrinin inkişafını təmin etmişdir. Bununla yanaşı, SOCAR CNPC arasında 2016- ildə bu sahədə Anlaşma Memorandumunun imzalanması BGP-nin əsas fəaliyyət sahələrinə quruda, keçid zonasında dənizdə kəşfiyyat işlərinin aparılması, o cümlədən mürəkkəb əməliyyatlar aparmaqla seysmik məlumatların əldə edilməsi, emalı interpretasiyası, seysmik avadanlıqların istehsalı əlaqədar informasiya-kommunikasiya texnologiyaları (İKT) xidmətlərinin göstərilməsinə şərait vermişdir.

Pandemiya dövrünün yeni reallıqları tələblər Çinlə iqtisadi əlaqələrin inkişafı baxımından əlavə imkanlar yaratmışdır. Tərəflər arasında yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, elektron ticarət, yaşıl enerji, süni intellekt böyük data kimi sahələrdə əməkdaşlıq imkanları kifayət qədər genişdir. Bütün bunları hər iki ölkənin inkişaf strategiyasında müəyyənləşdirilmiş yeni imkanlar kimi xarakterizə etmək olar. Çin şirkətləri üçün ölkəmizdə inkişaf etmiş infrastruktur, xüsusən nəqliyyat-tranzit imkanları, bir çox sahələr üzrə xammalın mövcudluğu, əlverişli biznes mühiti ən əsası, siyasi iqtisadi sabitlik cəlbedicidir. Xüsusən, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın regional dəyər zəncirlərində rolunu xeyli artırır Çin şirkətlərinə ölkəmizi regional mərkəz kimi seçmə imkanı verir.

Ümumiyyətlə, Azərbaycan-Çin münasibətləri 30 ilə yaxındır yüksələn xətt üzrə inkişaf edir. Tərəflərin münasibətləri daha da inkişaf etdirmək istəkləri Azərbaycan-Çin münasibətlərinin perspektivini artırmaqla yanaşı ölkələr arasında əlaqələrin dövrün tələbləri səviyyəsində inkişafına təkan verir.

Nurlan ABDALOV,

"Respublika".