Qəza-xilasetmə əməliyyatı nəticəsində 9 nəfər təhlükəsiz əraziyə təxliyə olunub
Digər xəbərlər

Qəza-xilasetmə əməliyyatı nəticəsində 9 nəfər təhlükəsiz əraziyə təxliyə olunub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

8 iyun FHN Mətbuat xidmətinin məlumatında bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 45 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib. Həmçinin, yanğınlar zamanı 9 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

“Respublika”.