Regionun ən nüfuzlu dövləti
Siyasət

Regionun ən nüfuzlu dövləti

Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin həlli prosesində kənarda qalması bir daha onu göstərdi ki, söhbət Cənubi Qafqazdan gedirsə, burada Bakının maraqları nəzərə alınmalıdır. Əgər bu maraqlara hər hansısa bir dövlət məhəl qoymaq istəmirsə, hər il güclənən Azərbaycanı Burkina-Faso, Qvineya-Bisau, Mali kimi ölkələrlə səhv salırsa, o zaman regionda gedən diplomatik danışıqları kənardan izləməli olacaq.

İri dövlətlərin, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin mənfi xüsusiyyətlərindən biri odur ki, dünyanın hər hansı bir regionunda münaqişə varsa, dərhal öz maraqlarını təmin etmək məqsədilə sülhü təmin etmək adı ilə həmin münaqişəyə ya hərbi, ya da diplomatik yolla müdaxilə edir. dünyada elə bir region yoxdur ki, oradakı müharibələr məhz bu ölkələrin müdaxiləsindən sonra bitsin. Əksinə olaraq beynəlxalq münasibətlərin təcrübəsindən görünür ki, Fransa kimi ölkələrin təsiri ilə münaqişələr uzunmüddətli hal alır demək olar ki, bitmir.

Azərbaycan-Ermənistan münaqişəsinin timsalında yaranan ATƏT-in Minsk qrupunun 3 daimi üzvlərindən biri olan Fransa dövləti iki ölkəyə qarşı münasibətdə 30 il ərzində tərəf nümayiş etdirdi, işğalçı ilə işğala məruz qalan arasında münasibətləri düzgün tənzimləmədi. Hər zaman Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləməklə yanaşı, erməni vəhşilərinin işğal etdiyi suveren ərazilərimizdə, soyğunçuluğa talana ortaq olmuş, faydalı qazıntılarımızı istismar etmişdir. Bütün bu olanlarla yanaşı, işğal dövründə Qarabağda mühəndis-istehkam qurğuları inşa edirdi. Fransanın anti-Azərbaycan antitürk siyasətinin təsiredici faktorlarından biri Fransadakı erməni lobbisinin uzun illərdir azərbaycanofobiya, türkofobiya islamofobiya təbliğatının fərqli şəxslər vasitəsilə qərar qəbuledici platformalara nüfuz etməsinin davamlı xarakter alması bu ölkədə keçirilən prezident seçkilərinə təsir gücünün olmasıdır. Fransa Cənubi Qafqazdakı iqtisadi-siyasi maraqlarını regionun əsas gücü olan Azərbaycan Respublikası ilə razılaşdırmadan həyata keçirə bilməyəcəyini anlayır bu da onun qərəzli mövqeyini təşviq edən digər bir faktordur. Fransanın anti-Azərbaycan məqsədli siyasəti səngimək bilmir biz bunu Fransa senatının ölkəmiz əleyhinə çıxardığı kağız parçalarından ibarət olan qətnamələrdə görmüşük. Mənəvi dəyərləri hər zaman ayaq altına alan Makron administrasiyası İkinici Qarabağ müharibəsinin başlanması ilə hər cür fırıldaqlıq edirdi ki, müharibəni saxlasın. Müharibə dövründə sözügedən dövlətin başçısı Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi hər kəsə məlumdur. Bu zənglərin səbəbi məğlub durumda olan Ermənistanı daha da ağır vəziyyətdən xilas etmək idi həmin zənglərin heç biri Azərbaycanın müstəqil olaraq verdiyi qərarlara təsir etmədi. Dövlət başçısı İlham Əliyevin qətiyyətli mövqeyindən sonra Fransaya aydın oldu ki, onlar hər hansı kiçik Afrika ölkəsi ilə danışmırlar. Makron hökuməti təkcə müharibə dövründə deyil, postmüharibə dövründə ölkəmizə qarşı qeyri-obyektiv siyasətini davam etdirib. Hələ Makronun müharibədən sonrakı dövrdə Xankəndidə humanitar büro açmaq istəyi Azərbaycan tərəfindən rədd edildi.

Bu ölkənin senatı qondarma rejimi müstəqil dövlət kimi tanımaqla əslində, yerinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü yox, sərhədləri daxilində öz dünyası olan bir dövlət olduğunu göstərir. Fransa İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığı qəbul etmək istəmir. Əslində, Paris rəhbərliyi yaxşı anlayır ki, qarşısında 90- illərin Cənubi Qafqazı, Azərbaycanı var. Sadəcə, diktə dili ilə danışmağı hər zaman vərdiş etmiş Fransa, ölkəmizə qarşı bu üsulun keçmədiyini görəndə, əlindən gələn yalnız boş-boş qətnamə qəbul edib, Qarabağ ətrafında məsələləri manipulyasiya etməkdir. Beləliklə, Fransa, daha dəqiq desək, Makron administrasiyası Cənubi Qafqaza can atır Ermənistanı həmin məqsədi üçün intihara sürükləyir. Fransanın anti-Azərbaycan siyasətini qiymətləndirən İlham Əliyev qeyd etmişdi ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik.

Fransa son illərdə Azərbaycana qarşı apardığı bu mənfi tendensiyanı dərindən düşünməli, imicini ayaqlar altına atmamalıdır. Orta əsrlərə aid müstəmləkə təfəkküründən çıxıb, yeni dünyaya inteqrasiya etməli, xalqların müqəddəratını həlletmə prinsipinə hörmətlə yanaşmalı, parçala hökm sür siyasətindən əl çəkməlidir.

Musa BAĞIRLI,

"Respublika".