Rusiya Federasiyasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Ramazan Abdulatipovdan
Məktublar

Rusiya Federasiyasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Ramazan Abdulatipovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Əziz İlham Heydər oğlu.

Sizi - son minillik ərzində ilk dəfə olaraq istedadlı Azərbaycan xalqının böyük dövlətçilik ənənələrini, ənənəvi mədəniyyətini və ləyaqətini bərpa edən görkəmli dövlət xadimini yubileyiniz münasibətilə təbrik edirəm.

Möhtərəm İlham Heydər oğlu, Siz əsl xalq Prezidenti, bütün kökləri ilə öz qəhrəman xalqının mənəviyyatı, məqsədləri, arzuları və perspektivləri ilə bağlı olan mərd və müdrik rəhbərsiniz. Azərbaycan Sizin rəhbərliyinizlə öz tarixi sərhədlərini bərpa edə, xalqın bu gününü və gələcəyini məhv edən nadan, dağıdıcı qüvvələrdən azad ola bildi.

Səmimiyyətlə, dərin hörmətlə və əbədi dostluqla Sizin silahdaşınız və dostunuz Ramazan Abdulatipov.

Anlayışa və hərtərəfli dəstəyə görə minnətdarlığımı bildirirəm.

 Ramazan Abdulatipov

Rusiya Federasiyasının İslam Əməkdaşlıq

Təşkilatı yanında daimi nümayəndəsi