Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqaldan
Məktublar

Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqaldan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Yəhudi ənənəsinə əsasən doğum günü çox mühüm tarixdir, belə ki, məhz həmin məqamda Uca Yaradanın dünyanın yeni doğulan insansız daha mövcud ola bilməyəcəyi barədə qərar verdiyinə inanılır. Bu iddia tamamilə Sizə uyğundur: Sizin gündəlik fəaliyyətiniz, enerjiniz, müdrik qərarlarınız açıq şəkildə tarixin gedişatına təsir edir. Sizin rəhbərliyiniz və yorulmaz fəaliyyətiniz sayəsində bütün tarixi torpaqlar Zəfərlə azad olunub, Azərbaycan ildən-ilə yeni zirvələr fəth edir, inkişaf edir və haqlı olaraq dünya arenasında öz layiqli yerini tutur.

Azərbaycanda yaşayan bütün xalqlar arasında əsl tolerant, mehriban münasibətlərin təşəkkül tapmasına Sizin töhfəniz misilsizdir. Sirr deyil ki, günümüzdə dünyada antisemitizmin yeni dalğası yüksəlir. Belə vəziyyət ölkəmizə xas deyil: yəhudilər əsrlərdən bəri Azərbaycanda dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün sakinləri ilə sülh və dostluq şəraitində yaşayıblar. Sizin böyük xidmətiniz sayəsində belə vəziyyət bu gün də davam edir, ölkəmizin bütün yəhudiləri buna görə Sizə sonsuz minnətdardırlar. Dünyanın çox az yerində yəhudi icmalarının tərəqqisi və təhlükəsizliyi üçün belə şərait yaradılıb.

Bu əlamətdar gündə böyük məmnunluq hissi ilə Sizə minnətdarlığımı və ehtiramımı çatdırır, səmimi-qəlbdən yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, övladlarınıza və nəvələrinizə bol-bol sevinc arzulayıram. Yəhudi ənənələrində olduğu kimi, 120 ilədək xoş ömrünüz olsun!

Hörmətlə,

Şneor SEQAL,

Azərbaycandakı Avropa Yəhudiləri İcmasının

baş ravvini Şneor Seqaldan.