Səfir: Dağıntılara rəğmən, Şuşa gözəlliyini itirməyib
MÜSAHİBƏLƏR

Səfir: Dağıntılara rəğmən, Şuşa gözəlliyini itirməyib

Bu, mənim Şuşaya ilk səfərimdir. Bundan əvvəl Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında olmuşam. Səfərdən çox məmnun qaldım. Şuşada tarixi və dini memarlıq abidələri ilə tanış olduq. Cıdır düzündən ətrafı seyr etmək çox gözəldir. İşğal nəticəsində dağıntılar törədilsə də, bu ərazilər gözəlliyini itirməyib. 
Bunu AZƏRTAC-a açıqlamasında Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Amanullah Ceyhun deyib.
Əfqanıstanlı diplomatı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən məmnun qaldığını söyləyib. O deyib: “Bu ərazilərdə görülən işlər tezliklə öz bəhrəsini verəcək və insanların bu torpaqlarda yaşayışı üçün lazımi şərait yaradılacaq. İşlər çox sürətlə aparılır. Bunu “Füzuli” yarımstansiyanın istifadəyə verilməsi və Füzulidə beynəlxalq hava limanının inşası da sübut edir. Azərbaycan xalqına sülh arzulayıram”.  

AZƏRTAC