Səfir: Oxçuçayın çirkləndirilməsi məni təəssüfləndirdi
MÜSAHİBƏLƏR

Səfir: Oxçuçayın çirkləndirilməsi məni təəssüfləndirdi

İlk dəfədir Şərqi Zəngəzura gəlirəm. Buraya gəldiyim üçün xoşbəxtəm. Bölgənin təbiəti məni valeh etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Macarıstanın ölkəmizdəki səfiri Tamaj Yojef Torman deyib.

Səfir qeyd edib ki, Macarıstan Qarabağ və Şərqi Zəngəzurun tezliklə bərpası üçün Azərbaycana dəstək verməyə hazırdır. "Azərbaycan hökuməti buranın yenidən qurulması üçün çox çalışır. Oxçuçayın çirkləndirilməsi məndə təəssüf hissi yaratdı. Biz hər bizimiz təbiəti qorumalıyıq", - deyə diplomat vurğulayıb.