Sentyabrın 8-də Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
Sosial həyat

Sentyabrın 8-də Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

Sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.