Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 18 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 18 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 18 yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 247 nəfər müalicə olunaraq sağalıb, 9932 nəfər vəfat edib. Aktiv xəstə sayı 438 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1458, bu günə qədər isə ümumilikdə 7 milyon 290 min 601 test icra olunub.

AZƏRTAC