Elm və təhsil

"SON ZƏNG" GƏLƏCƏYƏ SƏSLƏDİ…

14 iyun. Bu tarix bundan sonra çoxlarının yaddaşında beləcə qalacaq: "Son zəng" günü kimi. Həmin gün respublikamızın ümumtəhsil məktəblərində "Son zəng" çalındı, qayğı dolu daha bir tədris ili arxada qaldı. "Son zəng". Onbirillik məktəb həyatının başa çatdığını, yeni həyatın başladığını bildirən sabaha çağırış zəngi. Sabahınız uğurlu olsun on birincilər

Əməkdaşlarımızın bölgələrdə keçirilən son zəng tədbirlərindən hazırladıqları yazıları təqdim edirik.

Daşkəsən

Rayonun  tam orta məktəblərində ənənəvi "Son zəng" tədbirləri  böyük bayram əhvali-ruhiyyəsində qeyd olunub. 25 ümumtəhsil məktəbinin şagirdlərindən 190 nəfəri məzun adını qazanıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rəhbərliyi ilə tərtib edilmiş qrafikə uyğun olaraq rayonun ictimai-siyasi, sosial-iqtisadi mədəni həyatında fəallıq göstərən bir qrup ziyalılar, ağsaqqallar ictimaiyyət nümayəndələri  "Son zəng" şənliklərində iştirak ediblər.

Tədbirlər Dövlət Himnimizin səsləndirilməsi Ümummilli Lider Heydər Əliyevin, o cümlədən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb. Çıxışlarda vurğulanıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikasının təhsil siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın  xalqımızın gələcəyi olan uşaqlara gənclərə göstərdikləri diqqət qayğı, onların sağlam bilikli böyüməsi istiqamətində həyata keçirdikləri tədbirlər Daşkəsən rayonunda da öz əksini tapmışdır. Son illərdə rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində ən ucqar kəndlərdə lazımi avadanlıqlarla təchiz edilən yeni məktəb binaları tikilmiş, modul tipli məktəblər quraşdırılmış təhsil müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi aparılaraq məvacibləri artırılmışdır. Bu da təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərmişdir. Natiqlər, həmçinin müəllimləri valideynləri təbrik edərək müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzulayıblar. Məzunlar da öz çıxışlarında hər zaman Vətənə layiqli övlad olacaqlarını qeyd ediblər. "Son zəng" tədbirlərində nümayiş etdirilən bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar, gənclərin çıxışları, mənalı ürək sözləri sürəkli alqışlarla qarşılanıb.

On birincilər üçün sonuncu dəfə zəng çalındıqdan sonra rəmzi "Bilik açarı" birinci sinif şagirdlərinə təhvil verən məzunlar məktəblərə əlvida deyiblər.

Zəngilan

Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi, Zəngilan rayonu 4 nömrəli tam orta məktəbdə son zəng tədbiri keçirildi. Tədbirdə məktəbin şagird müəllim kollektivi, valideynlər iştirak etdilər.

Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Müəllimləri, şagirdləri tədris ilinin uğurla başa çatması münasibətilə təbrik edən RİH başçısı Ramiz Həsənov məzunlara müstəqil həyatda atacaqları addımlarda müvəffəqiyyətlər arzuladı.

Məktəbin 1-ci məktəb həyatına əlvida deyən 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı rəqslərdən ibarət musiqili bədii hissə ilə davam edən tədbir 2022-2023- tədris ilində fərqlənən şagirdlərə təşəkkürnamələrin təqdim olunması ilə yekunlaşdı.

Rayonun digər məktəblərində "Son zəng" tədbirləri məzunların həyatında xoş xatirəyə çevrildi.

 "Respublika".