Sülhə, sabitliyə doğru
Digər xəbərlər

Sülhə, sabitliyə doğru

Ötən əsrin 80-ci illərin sonu, 90- illərin əvvəllərində Ermənistan Azərbaycan torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş ölkəmizə qarşı hərbi təcavüzə başlamışdı. Ermənistan torpaqlarımızın 20 faizini işğal etmiş, həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurdundan didərgin düşmüşdü. Prezident İlham Əliyevin uğurlu siyasəti rəşadətli Azərbaycan ordusu sayəsində 2 ildən çoxdur ki, artıq torpaqlarımız işğaldan azad olunub. Müharibənin bitməsinə baxmayaraq, Ermənistan öz çirkin əməllərindən əl çəkmir.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistandan hərbi ləvazimatların, silah-sursatın şəxsi heyətin Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olan kimi, Azərbaycan ordusunun bölmələri tərəfindən həmin maşınlar yoxlanılmaq məqsədilə saxlanılıb. Bu zaman mənfur düşmən atəş açıb qarşılıqlı atışma başlayıb. Nəticədə  Şəhriyar Əlibəyli Eşqin Hüseynov şəhid olublar. Həmçinin Ermənistan tərəfindən itkilər var.

Mövzuyla bağlı millət vəkili, Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Musa Urud bildirir ki, Azərbaycanın Şanlı Qələbəsi bölgədə həm tarixi, həm coğrafiyanı dəyişdi torpaqlarımız işğaldan azad olunduqdan sonra isə Azərbaycan Ermənistan arasındakı böyük sülhə başlamaq üçün real zəmin yarandı. Təəssüf ki, iki il yarıma yaxın vaxt keçməsinə baxmayaraq, hələ sülhlə bağlı istədiyimiz nəticəni ala bilməmişik.

Əlbəttə, erməni tərəfinin burada böyük günahları, təqsirləri var. Həmçinin orada sülhün olmamasını arzu edən xarici qüvvələrin, Fransanın, istər gizli, istərsə açıq şəkildə İranın da təsiri çoxdur. Bütün bunlara baxmayaraq, Azərbaycan öz ərazisində yaşayan etnik ermənilərə mənsub əhalinin təhlükəsizliyinə tam zəmanət vermiş, Prezident İlham Əliyev öz çıxışlarında bunu təsdiqləmişdir. Azərbaycana qarşı heç bir cinayət törətməyən, konstitusiyasını, qanunlarını qəbul edən hər bir erməni Azərbaycanın digər vətəndaşlarının mənsub olduğu hüquqlara malikdirlər təhlükəsizliyinə zəmanət verilir.

Buna baxmayaraq, erməni tərəfi sülh danışıqlarını gecikdirir. Sülh müqaviləsinə əsasən ən birinci sərhədlər ərazilər tanınmalıdır. Buna əsasən ilk təşəbbüs bu il martın 1- deputat həmkarımız Ramin Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Qarabağdan olan ermənilərlə görüşdülər. Başlanğıc üçün bu görüş uğurlu nəticədir. Təəssüflər olsun ki, artıq Ermənistanda bunu böyük bir faciə kimi qarşılayanlar sanki Qarabağ onların imiş itirmişlər kimi yas edənlər var. Qarabağ heç vaxt ermənilərin olmayıb ki, itirilə .

Qeyd edək ki, martın 1- olan görüş Azərbaycan tərəfi Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan vətəndaşlarımız olan erməni sakinləri ilə praktiki təmaslara başlanılacağını bildirməsi ilə bağlı idi. Görüşdə Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak edib. Növbəti görüşün Bakı, Gəncə yaxud Ağdamda baş tutması ehtimal olunur.

Töhfə SƏMƏDOVA,

"Respublika".