ŞUŞA gündən-günə abadlaşır
Digər xəbərlər

ŞUŞA gündən-günə abadlaşır

28 illik işğaldan sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın geri qaytarılması xalqımızın tarixində ən əhəmiyyətli hadisələrdən biri kimi yaddaşlara həkk olundu. Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən şanlı qələbəsidir. 1992-ci il mayın 8- keçən gecə erməni silahlı qüvvələri Şuşa şəhərinə hücum etdilər. Şuşanın işğalı nəticəsində 480 vətəndaş qətlə yetirildi, 600 nəfər yaralandı, 22 min insan öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan Qaxal mağaraları, Şuşa qalası olmaqla, bütövlükdə 279 dini, tarixi mədəni abidə daxildir.

2020-ci ildə tarixi zəfərimiz nəticəsində Şuşa işğaldan azad edildi. Şuşa təkcə şuşalılar üçün deyil, bütün Azərbaycan xalqı üçün ucalıq rəmzidir. 44 günlük qələbədən sonra həmin ərazilərdə geniş vüsət almış quruculuq işləri Qarabağın Şərqi Zəngəzurun gələcəkdə Azərbaycanın ən çox ziyarət edilən bölgələrindən biri olacağından xəbər verirŞuşa artıq iqtisadi, siyasi, humanitar diplomatik mərkəzə çevrilmişdir. Şuşa bu gün yenidən qurulur. Azərbaycanın mədəniyyət paytaxtı adlandırılan doğma şəhərin tarixi simasının bərpası istiqamətində nəhəng layihələr gerçəkləşdirilir. 2021-ci il avqustun 29-da Şuşada dahi Azərbaycan şairi ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa yenidənqurma işlərindən sonra açılışı oldu. Xatırladaq ki, 1982-ci il yanvarın 14- ulu öndər Heydər Əliyevin təşəbbüsü iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin əzəmətli məqbərəsinin açılışı olmuşdur. 2022-ci il dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin 2023- il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən 2022-ci il martın 31- Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023- il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbəmizdən sonra işğaldan azad olunan ərazilərdə tarixi abidələrimizin, o cümlədən görkəmli şəxsiyyətlərimizin heykəllərinin bərpası yenidən qurulmasına başlanıldı. Şuşanın işğalı zamanı güllələnmiş sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül Natəvanın heykəlləri Şuşaya qaytarıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 14- Şuşaya səfəri zamanı heykəllərin açılışını etdi. Quruculuq işlərinə paralel olaraq Qarabağda, Şuşada böyük tarixi mədəni əhəmiyyət kəsb edən layihələrin icrası, tədbirlərin keçirilməsi bu cənnət diyarın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. 2021-ci il avqustun 30-da Şuşanın işğaldan azad edilməsindən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə Vaqif Poeziya Günləri doğma şəhərdə yenidən təşkil olundu. Prezident İlham Əliyev Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxışında bildirdi ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi: "Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır".

2021-ci il iyunun 15- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər etməsi iki dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ən mühüm tarixi hadisələrdən idi. Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa bu gün iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilmişdir.

Bir zamanlar düşmən işğalı nəticəsində xarabalığa çevrilən Şuşa artıq rahat nəfəs alırYeni yaşayış qeyri-yaşayış binalarının sürətlə tikintisi şuşalıların qayıdışını tezləşdirir. Şəhər ərazisində infrastruktur yeniləndikcə, küçələr abadlaşdırılır həmin küçələrə özündə böyük mənaları əks etdirən adlar verilir. Küçələrin adlarının əks olunduğu lövhələr şəhərə həyatın qayıtdığını göstərir: Heydər Əliyev, 8 Noyabr, Dəmir Yumruq, Zəfər, Qarabağ, Atatürk, Xurşidbanu Natəvan, Xan Şuşinski, Molla Pənah Vaqif Pənahəli xan küçələri Azərbaycanın tarixi irsinin Şuşada bərpa olunduğunun bariz nümunəsidir. Bu il mayın 9-da Prezident İlham Əliyev Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını etdi. Küçənin uzunluğu 714 metr, eni isə 11 metrdirQarabağın tacı olan Şuşada Qurtuluş savaşının lideri, Türkiyə Cümhuriyyətinin qurucusu ilk prezidenti Mustafa Kamal Atatürkün adına küçə olması iki ölkə arasındakı sarsılmaz qardaşlıqdan xəbər verir. Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin edən xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrilən Dəmir Yumruğun şərəfinə adlandırılan küçə şəhərin mərkəzi hissəsini əhatə edir. Bu il mayın 10-da, ulu öndər Heydər Əliyevin 100 illik yubileyində açılışı olan Dəmir Yumruq küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ailə üzvləri həmin gün Şuşada Xurşidbanu Natəvan Zəfər küçələrində, həmçinin Qarabağ Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışlarında iştirak ediblər. Uzunluğu 438 metr, eni isə 14 metr olan Xurşidbanu Natəvan küçəsi şəhərin tarixi-mərkəzi hissələrini əhatə edir. Vətən müharibəsində şanlı qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 1963 metr, eni isə yol yatağına uyğun olaraq 10-11 metr aralığında dəyişir. Şuşada əsas küçələrdən biri Qarabağ küçəsidir. Bu küçənin uzunluğu 338 metr, eni isə 11 metrdir. Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskinin adını daşıyan küçənin uzunluğu 293 metr, eni isə 10 metrdir.

Azərbaycan müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verməklə, dünya hərb tarixində bir ilkə imza atdı. Xalqımız bu gün sonsuz qürur hissi ilə tarixi zəfərimizin reallıqlarını yaşayır. Ulu Öndər Heydər Əliyev hər zaman Qarabağı, Şuşanı azad görməyi arzulayıb. Bu arzu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən uğurla reallaşdı.

Nəzrin CAVADZADƏ,

"Respublika".