Şuşada
İQTİSADİYYAT

Şuşada "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda müzakirələr aparılıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7- Şuşada "Yenidənqurma, sülh inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit kapital" mövzusunda beynəlxalq tədbir keçirilib. Tədbirdə müxtəlif ölkələrdən 30-dan çox xarici nümayəndə iştirak edib.

Bu barədə verilən məlumata görə, tədbirin açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hazırlanan Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açılış nitqi ilə çıxış edərək, azad olunmuş torpaqlarımızda enerji məsələləri, ərazilərin minalardan təmizlənməsi, eləcə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması ilə bağlı işçi qruplarının fəaliyyət göstərdiyini bildiriblər. Qeyd edilib ki, "yaşıl" enerji potensialı bölgəni davamlı inkişafa aparacaq.

Açılış mərasimindən sonra tədbir işini panel iclaslarla davam etdirib.

Bosniya Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə "Yenidənqurma, sülh inteqrasiya" mövzusunda keçirilmiş birinci panel iclasında Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti səfir Suzan Elliott, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır, Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edərək, azad olunmuş ərazilərimizdə böyük infrastruktur işlərinin görüldüyünü bölgədə sülhün bərqərar olmasının inkişaf üçün vacibliyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üçün minaların təmizlənməsi mühüm rol oynayır ölkəmiz bu zamana qədər minatəmizləmə sahəsində doğru addımlar atıb. Eyni zamanda, insanların doğma torpaqlarına qayıdışı, onların yaşayış şəraiti işlə təmin olunmaları üzərində işlərin davam etdirildiyi bildirilib.

İrqçiliklə Mübarizə üzrə Avropa Şəhərlər Koalisiyasının (ECCAR) prezidenti Benedetto Zakçirolinin moderatorluğu ilə keçirilən "Mədəni irs ortaq dəyərlər" mövzusunda ikinci panel iclasda çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz əl-Tüveycri UNESCO-nun xoşməramlı səfiri Hedva Ser "yaşıl" enerji potensialının bölgəni davamlı inkişafa aparacağını vurğulayıblar. Çıxışlar zamanı Qarabağın gələcəyinin burada ətraf mühitin bərpasının iqtisadi artıma töhfə verdiyi qeyd edilib, ərazilərin işğaldan azad olunandan sonrakı bugünkü mənzərəsi arasında çox böyük fərqlərin olduğu söylənilib. İşğal zamanı Azərbaycanın 200-ə yaxın tarixi abidəsinin dağıdıldığı, bu gün bu abidələrin mərhələli şəkildə yenidən qurulmasının bərpasının həyata keçirildiyi diqqətə çatdırıb. Növbəti 4 il ərzində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində Şuşaya bir neçə min nəfərin köçürülməsinin nəzərdə tutulduğu qeyd olunub.

Moldovanın sabiq Baş naziri Kirill Qaburiçin moderatorluğu ilə keçirilən 3- panel iclasda "Kapital iqtisadi inkişafın uyğunlaşdırılması" mövzusunda müzakirələr aparılıb.

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərə investisiyaların qoyulmasının, böyük şirkətlərin işğaldan azad edilmiş ərazilərə cəlb olunmasının əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, şirkətlərin "tax-free" xidmətindən istifadə edərək bu cür məskunlaşmalar üçün yatırımlar edə bilmə imkanları mövcuddur. Natiqlər, həmçinin işğaldan azad olunmuş ərazilərə qayıdış prosesindən, insanların əsas ehtiyaclarının ödənilməsi istiqamətində görülən işlərdən qazanılan təcrübənin gələcəkdə məskunlaşma prosesində istifadə olunacağından danışıblar.

Gürcüstan Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə "Enerji dayanıqlı inkişafın ekoloji çətinlikləri" mövzusunda keçirilən dördüncü panel iclasda Rumıniya parlamentinin üzvü, Rumıniya Baş nazirinin keçmiş müavini Ana Birçall, Maltanın sabiq Baş naziri Cozef Muskat, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov müasir dünyadakı ən son çağırışlarla əlaqədar bərpaolunan enerji mənbələrinin çox vacib məsələyə çevrilməsindən danışıblar. Azərbaycanın Avropa üçün bərpaolunan enerji resurslarının ən böyük tədarükçüsünə çevrildiyi qeyd edilib, ölkəmizin "təmiz enerji"nin Avropa ölkələrinə nəqlinə mühüm töhfə verməyə hazır olduğu diqqətə çatdırılıb.

Panel iclası müzakirələrlə davam edib.

Mustafa KAMAL,

Respublika”.