Şuşanın işğalında xəyanət izləri
Digər xəbərlər

Şuşanın işğalında xəyanət izləri

Dövlətin idarə olunmasında kiçik bir səhv tarix boyu həmin ölkə üçün taleyüklü iztiraba çevrilə bilir. Azərbaycan xalqı da 1992-ci ildə hakimiyyətə gələn qüvvələrin bağışlanılmaz səhvlərini 30 il boyunca iliyinə kimi hiss etdi əzabını yaşadı.

1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Həmin günlərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. Vəzifəyə təyinetmə zamanı savad, təhsil, dünyagörüşü əsas götürülmürdü. Rəhbərlik bir qayda olaraq ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət səriştə məsələlərinə önəm verən yox idi. Orduda da vəziyyət gündən-günə ağırlaşırdı, fərarilik halları getdikcə artırdı, silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmur, özlərini sərbəst aparır, şəxsi maraqlar maddi mənafenin girovuna çevrilirdi.

AXC-Müsavat hakimiyyətinin Azərbaycan xalqına vurduğu ən böyük zərbə isə Qarabağın itirilməsi, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi oldu. 1991-92-ci illərdə Azərbaycanda hakimiyyətdə olan qüvvələri yıxmaq, hakimiyyəti ələ keçirmək istəyən AXC təmsilçiləri regionlarda olan strukturların fəaliyyətini iflic hala salır, cəbhə bölgələrində döyüşən silahlı dəstələri öz nəzarətləri altına alır, lazım gəldikdə isə həmin dəstələri məhz özlərinin maraqlarına uyğun davranmağa istiqamətləndirirdilər. Bir sıra rayonlarda hakimiyyəti əldə etmək üçün qəsdən qarşıdurmalara səbəb olurdular. Şuşanın, Laçının Kəlbəcərin işğal edilməsi birmənalı olaraq AXC-nin hakimiyyətə gəlməsi planının tərkib hissəsi idi. Hakimiyyətə can atan AXC-Müsavat cütlüyü üçün tarixi torpaqlarımızın Ermənistana verilməsi bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar çalışırdılar ki, torpaqlarımızın işğalı sürətlənsin, xalq ayağa qalxsın, Bakıda siyasi sabitlik pozulsun. Bununla da onlar öz məqsədlərinə çata bilsinlər. Təsadüfi deyil ki, AXC-Müsavat xəyanətkar cütlüyü məhz Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi. Bu isə daha böyük faciələrə yol açdı. 1993- ilin aprelində Kəlbəcər işğal altına düşdü. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradıldı. AXC-Müsavat cütlüyü tərəfindən Qarabağın ermənilərə təhvil verilməsinin isə bir adı var - milli xəyanət.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına etdiyi müraciətində bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət satqınlıq nəticəsində düşmənə təhvil verilib. Şuşa alınmaz qaladır. Bunu hər kəs bilir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlib, öz arzusuna çatıb: "Talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün, bu insanlar öz xalqına dərəcədə nifrətlə yaşamışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə əl atmışlar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə rəvac verdilər".

Amma AXC-Müsavat cütlüyünün xalqın milli maraqlarını qurban verərək ələ keçirdiyi hakimiyyətin ömrü uzun olmadı. 1993- il iyunun 4- Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi hissə ilə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. Məlum hadisə zamanı ümumilikdə 35 nəfər həlak oldu "Gəncə hadisələri" kimi tarixə düşən bu olay AXC-Müsavat hakimiyyətinin iflası ilə nəticələndi.

1993- il iyun ayında artıq Azərbaycan xalqı anladı ki, bu ölkəni xilas edəcək yeganə insan dünyaşöhrətli siyasətçi dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev ola bilərdi. Məhz ona görə həm xalq, həm Elçibəy hakimiyyəti Heydər Əliyevi təkidlə Azərbaycana rəhbərliyə dəvət etdilər. Onun Bakıya gəlməsi ilə qısa müddətdə silahlı qarşıdurma cəhdlərinə son qoyuldu, ictimai-siyasi sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu.

Həmin inkişaf tərəqqi ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Məhz həmin inkişafın nəticəsidir ki, ölkəmiz bu gün qüdrətli dövlətə çevrilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad edilib. Qələbəmizdən qısa vaxt keçməsinə baxmayaraq, Şuşa inkişaf edir, gözəlləşir. Çünki Şuşa Azərbaycan üçün adi şəhər deyil, milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix deməkdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri bu səfərlər çərçivəsində təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğaldan azad olunmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da artırır.

Jalə QASIMZADƏ,

"Respublika".