“Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa
Sosial həyat

“Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa

Azərbaycanın memarı qurucusu, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı respublikanın hər yerində olduğu kimi, Tovuz rayonunda daAzərbaycan Respublikasında 2023- ilinHeydər Əliyev İlielan edilməsi ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar silsilə tədbirlərin davamı olaraqTarix yazan əbədiyaşar lidermövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisələrin rəhbərləri ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirmişdir ki, XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı bütövlükdə  cəmiyyətimiz Heydər Əliyevin fədakarlığı sayəsində  özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin nadir simasıdır. Heydər Əliyev ölkəmizin inkişafı xalqımızın taleyi baxımından böyük tarix yaratmış görkəmli tarixi şəxsiyyətdir. Görkəmli dövlət xadimi kimi Heydər Əliyev qüdrəti onun aydın siyasətində, qətiyyətli dövlətçilik mövqeyində, ümummilli maraqlara bəşəri dəyərlərə əsaslanan dönməz iradəsində idi.

Daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə sektorun müdir əvəzi Məhəbbət HüseynovaHeydər Əliyev Azərbaycan təhsili”, YAP-ın Tovuz Rayon Təşkilatının sədr müavini İlqar KərimovDahi şəxsiyyət, uzaqgörən lider”, Tovuz Rayon İcra Hakimiyyəti  başçısının Bozalqanlı kənd İƏD üzrə nümayəndəsi Azər HacıyevHeydər Əliyev  Azərbaycanda müasir dövlət idarəçiliyinin banisidir”, Tovuz Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Günel QasımovaHeydər Əliyevin  muzey işinin inkişafında rolumövzularında çıxış etmişlər.

Vəli VƏLİYEV,

“Respublika”.