Torpaq məcralı kanalların  beton  üzlüyə  alınması   su   itkisinin   qarşısını   alır
İQTİSADİYYAT

Torpaq məcralı kanalların  beton  üzlüyə  alınması   su   itkisinin   qarşısını   alır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, İsmayıllı rayonunda yaz-yay suvarma mövsümü üçün hazırlıqlar yekunlaşmaq üzrədir. Bu məqsədlə İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci ildə rayon ərazisində suvarma kanalları 403 min kubmetr  lildən təmizlənib. Çay məcralarında isə 581 min kubmetr  təmizləmə işləri aparılıb. 2023-cü ilin əvvəlindən bu vaxta qədər suvarma kanallarında 32 min kubmetr  lildən təmizləmə, 60 min kubmetr  çay  məcralarında təmizləmə işləri görülüb və bu istiqamətdə işlər davam etməkdədir.

Rayon ərazisində 1 ədəd su anbarı və 5 ədəd kiçik sututarı var. 3,5 milyon   kubmetr   su tutumu olan Aşıqbayramlı Su Anbarı vasitəsilə Göyçay Suvarma Sistemləri İdarəsinin balansında olan və tutumu 18 milyon   kubmetr  təşkil edən Yekəxana Su Anbarının doldurulması təmin edilir. 

İdarə tərəfindən ötən 2022-ci ildə 38 ədəd hidrotexniki qurğu, 11 ədəd hidrometrik post, 35 ədəd subartezian quyusu cari-təmir olunub və  Aşağı Zərnava kəndində bir ədəd subartezian quyusu əsaslı təmir olunub. Su itkisinin qarşısının alınması məqsədilə Qəzli-Aşıqbayramlı suvarma kanalı 425 metr beton üzlüyə alınıb. Talıstançayda 560 kubmetr  daş-beton bənd işləri görülüb, Göyçayçay-İsmayıllı magistral beton kanalın suqəbuledici  qurğudakı qapıları təmir edilib və bu il də işlər davam etdiriləcək.

Bundan başqa, İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci ildə Uştal, Vəng, Qoşakənd, Çərmədil və Qarakolluq kəndlərində subartezian quyuları qazılaraq istifadəyə verilib. 2023-cü ildə rayonun Hacıhətəmli, Qalagah, Mücəftəran, Tinglik, Diyallı və Qubaxəlilli kəndlərində yeni subartezian quyularının qazılması nəzərdə tutulur.

Qeyd edək ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi  rayonda 8833 hektar suvarılan əkin sahəsinə xidmət edir və  su  xətlərinin  tədricən   beton   kanallarla  əvəz   edilməsi   su   itkisinin   qarşısının  alınmasına  xidmət   edəcək

Nəriman  CAVADOV,

“Respublika”.