Tuğ kəndində partlayıcı vasitələr aşkar edilib
Digər xəbərlər

Tuğ kəndində partlayıcı vasitələr aşkar edilib

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus partlayıci vasitələr aşkar edilib. Respublika-news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Tuğ kəndindəki meşə massivində 52 ədəd müxtəlif növ mərmi və 14000 ədəd avtomat patronu aşkar edərək Minatəmizləmə Agentliyinə təhvil verib.

“Respublika”.