Türkiyə Səhiyyə Naziri:
Dünya xəbərləri

Türkiyə Səhiyyə Naziri: "Eres variantı Türkiyədədir"

Türkiyə Səhiyyə Naziri Fahrettin Qoca sosial media hesabında COVİD-19 virusunun Eres variantının 9 nəfərdə görüldüyünü açıqlayıb.
"Respublika" xəbər verir ki, Səhiyyə naziri sözlərinə belə davam edib:  "Bu narahatlığa səbəb olmayacaq bir göstəricidir. Təsirinin az  olduğunu bildiyimiz Eres variantı Referans Laboratoriyamızda aparılan müayinədə 9 nəfərdə görülüb. Onlar xaricdən gəlib və hal-hazırda eyni bölgədədirlər.Tədbir görüb, gündəlik həyatımıza davam edəcəyik. Bu vəziyyət başqa ölkələrdə adi haldır və bizdə də ortaya çıxması ehtimal edilirdi. Biz əsasən yaşlılarımızı və xroniki xəstələrimizi qoruyacağıq”.

Nurcan SÜLEYMANOVA,

"Respublika".