Fransada növbəti dəfə ictimai-siyasi vəziyyət pozulub
Dünya xəbərləri

Fransada növbəti dəfə ictimai-siyasi vəziyyət pozulub

Fransanın Roman-syu-İzer şəhərində kütləvi aksiya keçirilir. Aksiya iştirakçıları polis idarəsinin qarşısına toplaşaraq “Polis özbaşınalığına son” şüarı səsləndirir. 

“Respublika” xəbər verir ki, ötən gecə şəhərin cənub hissəsində gənclər arasında baş verən mübahisə zamanı bir nəfər öldürülüb. Hadisə yerinə gələn polis 20 nəfəri həbs edib. Aksiya iştirakçıları bildirir ki, həbs olunanların baş verən cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur. 

Gecə və bu gün səhərdən meydana çıxan aksiyaçıları Fransanın sağ təmayüllü siyasi hərəkatları da dəstəkləyib. Bu hərəkatın nümayəndələri bildiriblər ki, Fransa polisi son illərdə özbaşınalıq nümayiş etdirir. Obyektiv araşdırma aparmaq əvəzinə qanunsuz həbslər həyata keçirir ki, bu da demokratik prinsiplərə və insan hüquqlarına ziddir. 

Fransanın “France Bleu” radiosunun məlumatına görə, polislə qarşıdurma irqi zəmində baş verən cinayətin nəticəsidir. Son dövrlər Fransada Afrika mənşəli insanlar diskriminasiyaya məruz qalır. Polis isə hər zaman günahı afrikalı miqrantlarda görür. 

Ötən həftə Fransa prezidenti Emanuill Makron hökumətin iclasında ölkənin cənubunda təhlükəsizlik probleminin olduğunu etiraf etmişdi.