Türkiyə və ABŞ liderləri arasında telefon danışığı baş tutub
Dünya xəbərləri

Türkiyə və ABŞ liderləri arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət başçısı Co Bayden arasında telefon danışığı baş tutub.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, liderlər Ukraynanın NATO-ya üzvlüyü məsələsini, həmçinin F-16 qırıcılarının Ukraynaya yerləşdirilməsi prosesini müzakirə ediblər. 

Telefon danışığı zamanı tərəflər arasında NATO-nun Vilnüs sammiti çərçivəsində görüş keçirəcəkləri də razılaşdırılıb. 

Jalə QASIMZADƏ, 

"Respublika".