Türkiyə və Səudiyyə Ərəbistanı arasında müqavilə imzalanıb
Türk dünyası

Türkiyə və Səudiyyə Ərəbistanı arasında müqavilə imzalanıb

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında 5 müqavilə imzalanıb.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz şəxsi Tvitter hesabında paylaşım edib. 

Qeyd edək ki, Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın görüşündən sonra sənədlər imzalanıb. 

İmzalanmış sənədlərə enerji sahəsində anlaşma memorandumu, birbaşa investisiyalar sahəsində anlaşma memorandumu, müdafiə sənayesi, tədqiqat və texnologiya, eləcə də enerji sahəsində layihələrin həyata keçirilməsinə yönəlmiş tədbirlər planı aiddir. Bundan başqa, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan Türkiyənin “Baykar” şirkəti ilə iki müqavilə imzalayıb. 

Töhfə SƏMƏDOVA,

"Respublika".