Türkiyə xəstəxanasında silahlı insident baş verdi
Dünya xəbərləri

Türkiyə xəstəxanasında silahlı insident baş verdi

Türkiyənin Rizə şəhərindəki xəstəxanada atışma baş verib.

"Respublika" xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Bildirilib ki, iki polis əməkdaşı, bir həkim və iki xəstə yaralanıb. Şübhəli qaçmağa çalışsa da, tez bir zamanda yaxalanıb.

Nəzrin ELDARQIZI,

"Respublika".