Türkiyəli alpinistlər Xocalı faciəsi qurbanlarının xatirəsini anıblar
Region

Türkiyəli alpinistlər Xocalı faciəsi qurbanlarının xatirəsini anıblar

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar türkiyəli alpinistlər Haçadağa zirvə yürüşü ediblər.

"Respublika" "AZƏRTAC"-ın Naxçıvan bürosuna istinadla xəbər verir ki, yürüşdə qardaş ölkənin müxtəlif bölgələrindən 50 alpinist və 10 yerli ekstrimsevər iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Turizm Departamenti və Naxçıvan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil olunan yürüşün sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub.