TÜRKPA-nın Ankara Bəyannaməsində Azərbaycan üçün bir sıra vacib məsələlər yer alıb
Türk dünyası

TÜRKPA-nın Ankara Bəyannaməsində Azərbaycan üçün bir sıra vacib məsələlər yer alıb

Xəbər verdiyimiz kimi, aprelin 27-28- Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) XII Plenar İclası keçirilib. İclas Ankara Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bəyannamədə Azərbaycan üçün bir çox vacib məsələlər əksini tapıb. Belə ki, sənəddə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması qarşılıqlı hörmət əsasında Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək bir daha təsdiqlənir, bu prosesin Cənubi Qafqazda davamlı sülhün, sabitliyin əldə edilməsində mühüm amil olacağına inam ifadə olunur.

Sənəddə, həmçinin qovulmuş etnik azərbaycanlıların hüquqlarının təmin edilməsinə, beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz ləyaqətli şəkildə qayıtmaları üçün dinc səylərinə dəstək ifadə olunur. Bu, Cənubi Qafqazda regional barışıq normallaşma üçün mühüm məqam hesab edilir.

Bəyannamədə münaqişədən sonra davam edən bərpa, yenidənqurma reinteqrasiya səylərində Azərbaycan ilə həmrəylik ifadə olunur, üzv müşahidəçi dövlətlər bu prosesə dəstək töhfə verməyə dəvət edilir. Eyni zamanda, bu istiqamətdə əldə etdiyi nailiyyətlər, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpasında regionun beynəlxalq nəqliyyat logistika mərkəzinə çevrilməsində mühüm rol oynayan Füzuli Zəngilan beynəlxalq hava limanlarının açılması münasibətilə Azərbaycana təbrik ünvanlanır.

Təşkilata üzv dövlətlər, həmçinin Qarab iqtisadi rayonunda Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı onların Laçın-Xankəndi yolu ilə qanunsuz dövriyyəsi ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin ekologiya fəallarının narahatlığını nəzərə alır, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat çərçivəsində müstəsna olaraq humanitar məqsədlər üçün nəzərdə tutulan bu yoldan sui-istifadəyə qarşı keçirilən dinc etiraz aksiyaları ilə həmrəy olduqlarını bildirirlər.

Qoşulmama Hərəkatına (QH) onun Parlament Şəbəkəsinin (QHPŞ) Azərbaycan sədrliyinin Hərəkat çərçivəsində əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə Bəyannamədə yüksək qiymətləndirilir. Bu il martın 9-11- "Dünya bu gün: çağırışlar ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun uğurla təşkil edilməsi münasibətilə Azərbaycana təbrik ifadə olunub.

Sənəddə siyasi müdrikliyi rəhbərliyi ilə Azərbaycanın dövlətçilik inkişaf tarixində silinməz iz qoymuş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycanda 2023- ilin "Heydər Əliyev İli" elan olunması alqışlanır.

TÜRKPA-ya üzv dövlətlərin təmsilçiləri motivindən asılı olmayaraq, bütün forma təzahürlərində terrorizmi birmənalı şəkildə pisləyir terrorizmə qarşı güclü həmrəylik nümayiş etdirirlər. Həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərin rolunu vurğulayır, üzv dövlətləri terrorizm, radikalizm, terrorizmə səbəb olan ekstremizm separatizmə qarşı mübarizədə əməkdaşlığı genişləndirməyə bu məqsədlə beynəlxalq forumlarda səyləri əlaqələndirməyə çağırırlar.

Digər mühüm məqam sənəddə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücumun pislənilməsi bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez hərtərəfli araşdırmanın aparılmasına çağırışın edilməsidir.