Ukrayna XİN Lavrova cavab verib:
Dünya xəbərləri

Ukrayna XİN Lavrova cavab verib: "Bütün hallarda F-16-ları əldə edəcəyik”

“Biz bütün hallarda F-16 qırıcı təyyarələrini əldə edəcəyik”.

"Respublika" xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba tviterdə yazıb.

O bildirib ki, Rusiya Ukrayna əsgərlərindən qorxur: “Rusiya xarici işlər naziri Sergey Lavrov qıcıqlansa da, bununla barışacaq”.

Qeyd edək ki, S.Lavrov Ukraynada nüvə silahı daşıya bilən F-16 qırıcılarının peyda olması faktının Rusiya tərəfindən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcəyini bildirmişdi.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən, iyulun 12-də F-16-ların 2024-cü ilin mart ayına kimi tədarük ediləcəyini söyləmişdi.