Ukraynalı uşaqların Şəkiyə  ekskursiyası təşkil edilib
Sosial həyat

Ukraynalı uşaqların Şəkiyə  ekskursiyası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşağın İsmayıllı və Qəbələnin ardınca Şəkiyə də ekskursiyası təşkil edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Respublika”ya verilən məlumata görə, onlar Şəkidə dünya, eləcə də yerli əhəmiyyətli tarixi-memarlıq abidələri, Şəki Xan Sarayı və Karvansara, Şəki mətbəxi ilə tanış olub, Şəki halvasının hazırlanması prosesində iştirak ediblər.Ukraynalı uşaqların Şamaxıya da səfəri təşkil ediləcək.

Qeyd edək ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.

“Respublika”