Ulu öndər Heydər Əliyevin etnoqrafiya elminin inkişafında müstəsna rolu
Siyasət

Ulu öndər Heydər Əliyevin etnoqrafiya elminin inkişafında müstəsna rolu

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından (18 oktyabr 1991-ci il) keçən qısa zaman kəsiyində xalqımız dövlətimiz bir sıra nailiyyətlər qazanmışdır ki, bu nailiyyətlərin ilk onillikdə əldə edilməsində ümummilli lider, müstəqil Azərbaycan Respublikasının qurucusu memarı, azərbaycançılıq milli dövlət ideologiyasının banisi, milli-mənəvi maddi dəyərlərimizin qoruyucusu böyük təbliğatçısı Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Qeyd edək ki, heç bir xalqın tarixi taleyini şəxsiyyətlərsiz təsəvvür etmək mümkün deyil. Şəxsiyyətlərin xalqın taleyindəki rolunu isə onların fərdi xüsusiyyətləri üzərinə götürdükləri missiya müəyyən edir. Bəşəriyyətin tarixi təkamül prosesi sübut edir ki, xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya, onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bilavasitə bağlıdırBelə şəxsiyyətlərdən biri dünyaşöhrətli siyasətçi Heydər Əliyevdir.

Böyük şəxsiyyət, türk dünyasının fenomen liderlərindən biri olan Heydər Əliyev ixtisasca tarixçi olduğuna görə, xalqımızın möhtəşəm tarixinə, bu elmin köməkçi sahələrinə, xüsusilə xalqımızın milli-mənəvi maddi dəyərlərinə həmişə qayğıkeşliklə yanaşmış, onların bütöv şəkildə gələcək nəsillərə çatdırılmasında öz qayğı məsləhətlərini əsirgəməmişdir. Ulu öndər Heydər Əliyev özünün bütün fəaliyyəti dövründə xalqımızın mənəvi dünyasına çıraq tutmuşdur. Çoxsahəli elmimizin, zəngin mədəniyyətimizin, çoxəsrlik ədəbiyyatımızın inkişafına böyük qayğı göstərmişdir. Məhz onun Azərbaycana rəhbərlik etdiyi illərdə yeni-yeni elm ocaqları yaradılmış inkişaf etdirilmişdir. Azərbaycan Elmlər Akademiyasının inkişafı, xalqımızın tarixinin əsaslı şəkildə yenidən obyektiv yazılması alimlərimizin qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Ulu öndər  Heydər Əliyevin böyük qayğıkeşliklə yanaşdığı, daim elmi nailiyyətlərinə dəstək göstərdiyi elm sahələrindən biri etnoqrafiya elmidir.

Xalqımızın qədim çoxçalarlı maddi mənəvi mədəniyyətinin, təsərrüfat, ailə məişətinin, eləcə etnik proseslərin öyrənilməsi etnoqrafiya elmi qarşısında duran ən vacib aktual problemlərdən biridir. Azərbaycan etnoqrafiya elminin bütün bu sadaladığımız problemləri xalqımızın milli-mənəvi dəyərləri sistemində əsas yerlərdən birini tutur. Milli-mənəvi sərvətlərimiz isə azərbaycançılıq milli ideologiyasının əsas hissəsi kimi dövləti səviyyədə dəyərləndirilir.

Bu gün müstəqil Azərbaycan Respublikasının milli-mənəvi maddi dəyərlərinin daha çox diqqət mərkəzinə çəkildiyi, milli-mənəvi irsə dövlət səviyyəsində qiymət verildiyi, milli-mənəvi şüura qayıdışın çağdaş milli varlığın təsdiqi kimi reallaşdığı azərbaycançılıq ideologiyasının artıq formalaşma prosesi keçirdiyi bir tarixi zaman kəsiyində hər bir azərbaycanlının qarşısında özünün tarixi keçmişinə, soykökünə, maddi mənəvi dəyərlərinə daha diqqətlə vicdanla yanaşmaq, onları xüsusi bir yanğı ilə öyrənmək vəzifəsi durur. Ulu öndərimiz Heydər Əliyev öz çıxış nitqlərində daim milli-mənəvi dəyərlərimizə vətəndaşlıq mövqeyindən yanaşmış, onların həqiqi elmi qiymətini vermişdir: "Milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".

Milli-mənəvi maddi dəyərlərimizi elmi əsaslarla öyrəndiyinə görə ümummilli lider Heydər Əliyev Azərbaycan etnoqrafiyası elminin nailiyyətləri ilə daim maraqlanmış, onun inkişafını diqqətində saxlamışdır. 1993- il sentyabrın 21-, 1997-ci il yanvarın 31- AMEA alimləri ilə görüşlərində Azərbaycan tarixinin aktual problemləri haqqında irəli sürdüyü fikirləri tövsiyələri bütünlüklə etnoqrafiya elmimizə şamil etmək olar. 2001-ci il mayın 15- Prezident Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan Milli Elmlər Akademiyası haqqında" fərmanda, eləcə 2002-ci il avqustun 7- "AMEA-nın Naxçıvan filialının təsis edilməsi haqqında" sərəncamda Azərbaycan elminin inkişaf strategiyası müəyyənləşdirilmiş, elmə böyük dövlət qayğısı öz əksini tapmışdır.

Əməkdaşı olduğumuz AMEA-nın Arxeologiya, Etnoqrafiya Antropologiya İnstitutu Milli Elmlər Akademiyasının sahə institutları içərisində ən cavanlarından biridir. Belə ki, 1974- ildə Akademiyanın Tarix İnstitutunun nəzdində Arxeologiya Etnoqrafiya Sektoru yaradılmışdır. 1982-ci ildə Heydər Əliyev tərəfindən  Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutunun yaradılması barədə qərar verilsə   müəyyən səbəblər ucbatından bu qərar on il ləngidilmişdir. 1993- ildə yenidən Azərbaycanda ali hakimiyyətə gələn Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun tarixli 386 saylı qərarına əsasən  məlum Sektorun bazasında müstəqil elmi-tədqiqat müəssisəsi kimi, Arxeologiya Etnoqrafiya İnstitutu təsis edilmişdir. Cəmi 30 yaşı olan bu İnstitutun əsas fəaliyyət istiqaməti müasir dünya elminin ən son nailiyyətlərinə arxalanaraq, Azərbaycan ərazisində arxeoloji, etnoqrafik antropoloji tədqiqatlar aparmaq, tədqiqatların nəticələrini elmi-tədqiqat əsərlərində nəşr etdirməkdir. Qısa zaman kəsiyində İnstitutun elmi potensialı arxeologiya, etnoqrafiya antropologiya elminin müxtəlif problemlərinə dair tədqiqatlar aparmışdır. Çoxcildliklər işləyib hazırlamış, beynəlxalq elmi konfrans simpoziumlarda məruzələrlə çıxış etmiş, yeni tikinti sahələrinin (Yevlax-Balakən dəmiryolu, Şəmkir Yenikənd su qovşaqları, Mozdok-Qazıməmməd qaz kəməri, Bakı-Supsa Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri s.) arxeoloji etnoqrafik tədqiqində fəaliyyət göstərmiş, dünya səviyyəli proqramlarda ("Böyük İpək Yolu", "İNTAS-2000" s.) yaxından iştirak etmiş, Azərbaycan arxeologiya, etnoqrafiya antropologiya elmlərinin nailiyyətlərini dünya çapında təsdiqləyə bilmişdir. Bütün bu nailiyyətlərin qazanılmasında Müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin misilsiz xidmətləri davamlı dəstəyi olmuşdur. Bu gün Müstəqil Azərbaycanın Azxeologiya, Etnoqrafiya Antropologiya İnstitutunun sərbəst elmi-tədqiqat müəssisəsi kimi fəaliyyəti məhz ümummilli liderin adı fəaliyyəti ilə bağlıdır.   1993- ildə xalqımızın böyük oğlu Heydər Əliyev yenidən Azərbaycanda ali hakimiyyətə gəldi Müstəqil Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasının bütün istiqamətlərini dəqiq müəyyənləşdirdi. Burada elm sahəsində problemlərin aradan qaldırılmasına dair göstərişlər tövsiyələr öz əksini tapmışdır.

Hələ keçən əsrin 70-ci illərindən etnoqrafik tədqiqatlar "Tarixi etnoqrafiya" "Sovet dövrü etnoqrafiyası" şöbələrində aparılmış, bir qədər sonralar isə bu şöbələrin sırasına "Etnososioloji tədqiqatlar" "Arxeoloji etnoqrafik tədqiqatlar" şöbələri əlavə olunmuşdur. Cəmi dörd şöbə ilə təmsil olunan tədqiqatları da bu sahələri əhatə edən etnoqraf-alim potensialının sözsüz ki, etnologiya, mədəni antropologiya, etnocoğrafiya, etnopedaqogika, etnopsixologiya, etnik proseslər, etnolinqvistika, etnogenetik əlaqələr, etnogenez, milli azlıqların etnoqrafiyası s. kimi müasir zamanın tələblərindən yaranan tədqiqat sahələrinə girişib fundamental tədqiqat əsərləri ortaya qoymağı, ən azından, mümkün deyildir. Məhz buna görə fikrimizcə, bu günün reallığında İnstitutda ciddi addımlar atılmalı, sözügedən müasir elm sahələri üzrə ixtisaslı kadrlar hazırlamaq üçün bu elm sahələrində müəyyən uğurlar qazanmış ölkələrlə elmi əlaqələr yaradıb mütəxəssis mübadiləsi aparılmalıdır. Elmi ezamiyyətlər təşkil etməklə onların təcrübəsi öyrənilməli, gələcək doktorantlara bu problemlərlə bağlı dissertasiya mövzuları verilməlidirYüksək intellektli kadrlar hazırlayıb İnstitutda bu sahələrin tədqiqini həyata keçirəcək şöbələrin açılması barədə AMEA-nın Rəyasət Heyəti qarşısında məsələ qaldırılmalı, Azərbaycan etnoqrafiya elmini dünya etnoqrafiyası elminə inteqrasiyasını həyata keçirə biləcək elmi fəaliyyət formalaşdırılmalıdır.

Ulu öndər həmişə öz çıxış tövsiyələrində deyirdi ki, "ümumi çətinliklər qədər olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik elmin inkişafı üçün mövcud imkanlardan daha çox istifadə etməliyik". Respublika rəhbərinin böyük qayğısından ilhamlanan İnstitutumuzun elmi əməkdaşları "Azərbaycan xalqının məişət mədəniyyəti (keçmişdə indi) üzrə səmərəli tədqiqatlar aparırlar. Azərbaycan etnoqrafiyası elminin dörd sahəsi üzrə (təsərrüfat məişəti, ailə ailə məişəti, maddi mədəniyyət mənəvi mədəniyyət) tədqiqatların nəticələri üçcildlik "Azərbaycan etnoqrafiyası" fundamental tədqiqat əsərində öz əksini tapmışdır. 2005-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004- il tarixli Sərəncamı əsasında "Tarixi etnoqrafiya" şöbəsi özünün kadr potensialına güvənərək üçcildlik "Azərbaycan etnoqrafiyası" 2007-ci ildə xalqımızın istifadəsinə vermişdir. Bundan başqa, şöbədə antik dövr etnoqrafiyası, orta əsrlər dövrü etnoqrafiyası, XIX-XX əsrin əvvəllərinin etnoqrafiyası s. mərhələlərə aid səmərəli tədqiqatlar aparılmış, monoqrafiyalar nəşr olunmuş, doktorluq dissertasiyaları müdafiə edilmişdir.

Azərbaycanda etnoqrafiya antropologiya elm sahələri üzrə tədqiqatların səmərəliliyini artırmaq, arealını genişləndirmək mükəmməl araşdırmaların keyfiyyətində uğurlar əldə etmək məqsədilə ulu öndərin vəsiyyət tövsiyələrinə, Prezident İlham Əliyevin bilavasitə dəstəyinə arxalanaraq 2018-ci ildə "Etnososioloji tədqiqatlar" şöbəsinin bazasında "Antropologiya Mərkəzi" yaradılmışdır. Bir qədər sonralar isə Arxeologiya Etnoqrafiya İnsitutunun adında da dəyişiklik edilərək AMEA-nın  Arxeologiya, Etnoqrafiya Antropologiya İnstitutu adlandılılmışdır. "Antropologiya Mərkəzi" antropologiya elminin inkişaf konsepsiyasına uyğun olaraq fiziki antropologiya sosial-mədəni antropologiya kimi fəaliyyətini iki istiqamətdə aparır. "Azərbaycanın qədim müasir əhalisinin bioloji (irqi) xüsusiyyətlərinin tədqiq edilməsi, onların lokal qruplarının konkret xarakteristikaları müxtəlifliyinin aşkar edilməsi, Avrasiyanın digər xalqlarına azərbaycanlıların genetik yaxınlığı dərəcəsi, azərbaycanlıların antropoloji özünəməxsusluğunun formalaşması tarixi, Azərbaycanın əhalisinin həyat fəaliyyətinə paleoekologiya müasir ekologiyanın təsiri",   eləcə "ölkə əhalisi arasında ictimai-siyasi, mədəni transformasiyalar şəraitində mədəni dəyişikliklərin xüsusiyyətləri",  miqrasiyalar, dünyada baş verən qlobal demoqrafik dəyişikliklər, ənənəvi mədəniyyətin müasir şəraitə uyğunlaşma prosesləri, xalqın etnik şüurunun formalaşması inkişafı, etnik identiklik məsələsi skimi müasirliyin diktə etdiyi geniş diapazonlu araşdırmalara start vermişdir. Öz fəaliyyətinin nəticələrini toplularda, dövri nəşrlərdə, beynəlxalq respublika əhəmiyyətli konfranslarda reallaşdırmağa hədəflənən planlarla çıxış etməyə başlamışdır

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 2- Bakı Dövlət Univesitetinin 90 illik yubileyi mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan etmişdir. Fikrimizcəiqtisadi potensialı, bu sahədən əldə edilən yüksək mənfəəti insan amilinə yönəltmək, Arxeologiya, Etnoqrafiya Antropologiya İnstitutu daxilində məqsədyönlü islahatlar həyata keçirərək tədqiqatların səmərəliliyini artırmaq üçün yeni-yeni şöbələrin (məsələn: "Maddi mədəniyyət tarixi", "Mənəvi mədəniyyət tarixi", "Təsərrüfat ailə məişəti" s.) yaradılması barədə Akademiya rəhbərliyi qarşısında məsələ qaldırılmalıdır. Mən çox istərdim ki, institutumuzda "Qarabağ etnoqrafiyası", "Qərbi Azərbaycan etnoqrafiyası" "Cənubi Azərbaycan etnoqrafiyası" şöbələri fəaliyyətə başlayaydı. Gülüstan (1813) Türkmənçay (1828) müqavilələri ilə ikiyə bölünmüş Azərbaycanımızın Güneyinin etnoqrafik tədqiqatlara cəlb olunmasının vaxtı çoxdan çatmışdır.

Bu gün Azərbaycan elmində olan qlobal yerli zəminə əsaslanan problemlərin həlli üçün gözəl imkanlar açılmışdır. Ölkəmizin iqtisadiyyatında keçid dövrü artıq başa çatmış, respublikamız özünün iqtisadi potensialına güvənərək dünyanı bürüyən maliyyə iqtisadi böhrandan üzüağ çıxmış, müasir Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ başlanmışdır. Azərbaycanın iri addımlarla irəliləməsi üçün inkişafın yüksək sürəti təmin edilmişdir. İndi başlıca məqsəd insan amilini, kadr potensialını inkişaf etdirmək, səmərəli texnologiyaları elmə tətbiq etmək, elm sahəsində qazanılmış dünyəvi təcrübəni mənimsəyib dünya elminə inteqrasiya olunmaq, qloballaşmanın nəticələrindən bacarıqla istifadə etməklə milli-mənəvi dəyərlərimizin dünya çapında təsdiqinə nail olmaqdır. Vəzifə müstəqil Azərbaycanımızın elmi potensialının necə böyük uğurlara qadir olduğunu dünya elmi ictimaiyyətinə çatdırmaq, bir sözlə, Azərbaycanın keçmişini, bu gününü gələcəyini hərtərəfli öyrənib "Azərbaycan modeli" haqqında bəşər cəmiyyətinə ətraflı məlumatlar verməkdən ibarətdir. İnanırıq ki, Azərbaycanın səriştəli elmi elitası yeni-yeni uğurlara imzalar atmaqla, öz fəaliyyətlərini müasir zamanın tələbləri müstəvisində quracaq, mürəkkəb strateji əhəmiyyətli problemlərin həllində qüvvələrini səfərbər edəcəkdir. Vaxtilə ulu öndər Heydər Əliyev bu sahədə səmərəli addımlar atmış, bu gün isə respublikamızın Prezidenti cənab İlham Əliyev bu kursu uğurla davam etdirməkdədir. Prezident İlham Əliyev 2009-2015-ci illər üçün Elm Strategiyasının qəbul edilməsinə dair sərəncam vermişdir ki, Azərbaycan elmi bu strategiyaya uyğun olaraq hazırda intensiv şəkildə inkişaf etdirilməkdədir. Hörmətli Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu bu gün elmin müxtəlif sahələrində, eləcə antropologiya etnoqrafiya elmləri sahəsində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin edir.

Azərbaycan rəhbərliyi daim arxeologiya, etnoqrafiya antropologiya elmlərinin inkişaf etdirilməsini dəstəkləmişdir. Elə ümummilli lider Heydər Əliyev tərəfindən AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun yaradılmasına göstərilən təşəbbüsün özü buna əyani sübutdur. Bundan başqa, çoxcildlik "Azərbaycan etnoqrafiyası"nın Heydər Əliyev Fondunun dəstəyi ilə nəşri, açıq səma altında Etnoqrafik Muzey təşkil edilməsi haqqında respublikamızın Prezidenti cənab İlham Əliyevin sərəncamı da bu sahəyə dövlət dəstəyinin göstəriciləridirBu işlər həm öz növbəsində Heydər Əliyev siyasi kursunun davamı kimi təqdirəlayiqdir. Bütün bunlar kompleks şəkildə Heydər Əliyev dühasının uzaqgörənliyi, onun siyasi strateji kursunun bu günümüzün reallığına qovuşan təntənəsidir.

Fəzail VƏLİYEV,

AMEA Arxeologiya, Etnoqrafiya

Antropologiya İnstitutunun baş elmi işçisi,

tarix elmləri doktoru, professor.