ÜST: Dünyada pandemiyaların yaranmasının qarşısını almaq mümkün deyil
Səhiyyə

ÜST: Dünyada pandemiyaların yaranmasının qarşısını almaq mümkün deyil

Pandemiyaların, o cümlədən COVID-19-un qarşısını almaq mümkün deyil, amma onlara qarşı hazırlıq işləri aparmaq olar. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge bildirib.

"Respublika" TASS agentliyinə istinadla xəbər verir ki, Hans Klüge ÜST-nin Avropa regional Komitəsinin Astanada keçirilən 73-cü sessiyasındakı çıxışında deyib: “Şübhəsiz ki, qlobal dünyada başqa pandemiyalar da ortaya çıxa bilər. Amma ən mühüm amil onlara qarşı hazırlıqlı olmaqdır. Biz COVID-19 pandemiyasından çoxlu dərslər çıxarmışıq və onları bölüşməyə hazırlaşırıq”.

Klüge hesab edir ki, pandemiyanı dayandırmaq mümkün deyil, lakin ona qarşı daha yaxşı hazırlaşmaq olar.