“Vestnik Kavkaza”: Azərbaycanda Ağdərə-Ağdam yeni avtomobil yolunun inşasına başlanılıb
Diaspora

“Vestnik Kavkaza”: Azərbaycanda Ağdərə-Ağdam yeni avtomobil yolunun inşasına başlanılıb

“Vestnik Kavkaza” xəbər agentliyi bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərindəki iki şəhəri yeni avtomobil yolu birləşdirəcək. Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən ayrılan və 33,5 kilometr uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolunun hərəkət hissəsinin eni 9 metrdir. Torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.

Nurlan ABDALOV,

“Respublika”.