“Anadolu Ajansı”: Türkiyə, Azərbaycan və Gürcüstan arasında imzalanmış saziş “Rəsmi Qəzet”də
Diaspora

“Anadolu Ajansı”: Türkiyə, Azərbaycan və Gürcüstan arasında imzalanmış saziş “Rəsmi Qəzet”də

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ratifikasiya etdiyi beynəlxalq Saziş Türkiyənin “Rəsmi Qəzet”ində dərc olunub. Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Xəbərdə bildirilib ki, “Türkiyə Respublikası Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük əməliyyatlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsi haqqında Saziş”in ratifikasiyası ilə bağlı qərar “Rəsmi Qəzet”də dərc olunub.

Xatırladaq ki, 18 avqust 2022-ci il tarixində Bakıda imzalanmış əlavəli Sazişin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsini həyata keçirməkdir.

Musa Bağırlı,

“Respublika”.