Vətənə sevginin nümunəsi
Region

Vətənə sevginin nümunəsi

Sabirabad rayonunda şəhidlərin xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir. Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ramin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, hərbçilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Növbəti tədbirin iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarları önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan igid oğullarımızın unudulmaz xatirəsini ehtiramla yad etmişlər. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu vurğulamışdı.

Sonra Sabirabad rayonunda ağacəkmə aksiyası təşkil olunub. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Sabirabad Şəhidlər Xiyabanı ərazisində, Muğan prospektində və Bulaqlı kəndində 500 ədəd zeytun ağacı əkilmişdir.

Şəhid ailələrinin üzvləri övladlarının əziz xatirəsinin yad olunması üçün təşkil olunan tədbirlərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.

                                          Tofiq HÜSEYN,

                                         “Respublika”.