XANKƏNDİ, BAYRAĞIN MÜBARƏK OLSUN!
Mədəniyyət

XANKƏNDİ, BAYRAĞIN MÜBARƏK OLSUN!

Necə də gözəldir təması göynən,

hər evin üstündə qoy dalğalansın,

uydurma adına - "Əlvida!" - deyən,

Xankəndi, Bayrağın mübarək olsun!

Şuşayla - aranda yolların açıq,

qırdıq buxovları - qolların açıq! 

hamının dilində eynidir sağlıq -

Xankəndi, bayramın mübarək olsun!

Bizlərlə yenidən yaşamın xeyir,

vüqarlı görkəmin, camalın xeyir -

sabahın, günortan, axşamın xeyir -

Xankəndi, hər anın mübarək olsun!

Əzablar içində keçdi qərinən,

qoynunda tar-kaman dinər yenidən,

Qüdrətli Orduyla geriyə dönən,

Xankəndi, növrağın mübarək olsun!

Yurd - yadlar şamından çıraqban olmaz,

özgələr nə dostun, nə doğman olmaz,

Xankəndi, yadelli səndə Xan olmaz -

Xankəndi, xanlığın mübarək olsun...

Vahid ƏZİZ,

Xalq şairi.