Xankəndiyə qayıdan 30 nəfərin
Digər xəbərlər

Xankəndiyə qayıdan 30 nəfərin "Laçın" dövlət sərhəd-buraxılış məntəqəsindən keçidi təmin olunub

Qarabağın erməni əhalisinin Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Xankəndiyə sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, Ermənistandan Xankəndi istiqamətinə hərəkət edən 7 nəqliyyat vasitəsi və 30 şəxs buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra yollarına davam edib.

Qeyd edək ki, Xankəndiyə keçidi təmin edilən 30 nəfərdən 10-u BQXK-nın üzvü, 14-ü Ermənistandan tibbi müalicədən qayıdan erməni sakin, 5-i onları müşayiət edən ailə üzvləri, həmçinin 1-i tibbi personalın əməkdaşıdır. Bu da onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Təkcə bu gün "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsindən hər iki istiqamətə erməni vətəndaşların sərbəst keçidi təmin olunub.

Son günlər Ermənistanın sərhəddə yol verdiyi əməllər birbaşa siyasi şou, manipulyasiya və təxribat xarakteri daşıyır.